Məktəb direktoru yoxsa “moykalar kralı”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Deyəsən deputat Hadı Rəcəblinin müəllimlərə ünvanladığı məşhur “tövsiyyə”dən direktorlar yararlanmağa başlayıb.

Millət vəkili , “Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır” demişdi.

Deyə bilmərik ki, hansısa müəllim deputatın sözündən təsirlənib kartof əkib, yaxud pambıq becərib. Ancaq dolanışıqları heç də pis pis olmayan direktorlar əlavə qazanc yerləri tapıblar.

Məsələn Binəqədi rayonundakı 244 saylı məktəbin direktoru Yəhya Abbasov kimi.

Mozalan.az xəbər verir ki, bu il yaxınlıqdakı 126 saylı məktəbin təmayülü dəyişdiyindən oranın da şagirdləri 244-ə trensfer olunublar.

Məktəbdə onsuz da təhsilin səviyyəsi bərbad idi. İndi lap pisləşib.

Bu haqda ətraflı gələn saylarımızda yazacağıq.

Hələlik onu bildirək ki, məktəbə bitişik ərazilərdə bir neçə ticarət və avtoyuma məntəqəsi fəaliyyət göstərir.

Bunların sahibinin Yəhya Abbasov olduğu deyilir. Direktorun biznesi çiçəklənir, “moyşiklərin” söyüşü havada uçuçur və bu söyüşləri siniflərdəki uşaqlar dinləməli olur.

Belə olan halda hansı təlim-tərbiyədən söhbət açmaq olar.

Təhsil Nazirliyi bu problemə nə vaxt əncam çəkəcək bilinmir.

Mozalan.az

Related Articles

050-295-94-79
top