Lənkəranskinin yaxın dostu da İstanbulda güllələndi – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 3
    Shares
Noyabrın 30-da Türkiyənin İstanbul şəhərində atışma olub. İstanbuldakı mənbələrdən musavat.com-a verilən məlumata görə, hadisə mübahisə zəminində baş verib. Mənbə bildirir ki, “Əhmədli Ruslan” kimi tanınan “qanuni oğru” aldığı güllə yarasından sonra xəstəxanaya yerləşdirilib. Ona atəş açan şəxsin də Azərbaycan vətəndaşı olduğu deyilir. Həm şəxsin Nicat adlı idmançı olduğu bildirilir.
Unikal.org xəbər verir ki, etibarlı mənbə musavat.com-a bildirib ki, Nicat son vaxtlar öz çevrəsində deyirmiş ki, o, oğru dünyasının əsas adamlarından olacaq. Kriminal aləmdə tanınmadığı, xüsusi çəkisi olmadığı deyilən birinin bu iddiaya düşməsi oğru aləmində xoş qarşılanmayıb. Nicatla görüşüb, söhbət etmək, 14 il qapalı rejimli həbsxanada cəza çəkmiş, oğru dünyasının avtoritetlərindən Ruslana həvalə edilib. Mənbə deyir ki, o, ötən gün Nicatı ofisinə çağıraraq, onunla söhbət edib. Hər iki azərbaycanlının söhbəti mübahisəyə çevrilib. Qaynağımız bildirir ki, bu zaman əsəblərinə hakim ola bilməyən Nicat, üstündəki odlu silahı çıxararaq Ruslana iki dəfə atəş açıb. Güllələrdən birinin Ruslanın ayaq nahiyəsinə dəydiyi deyilir. Hadisə “Vadi İstanbul” deyilən ərazidə baş verib. Hazırda Ruslanın İstanbulun məşhur xəstəxanalarından birində müalicə aldığı bildirilir.
Musavat.com-a verilən xəbərə görə, hər iki şəxs vaxtilə mərhum Rövşən Lənkəranskinin yanında olublar. Rövşənin ölümündən sonra o çevrədən ayrılıblar. Mənbə bildirir ki, Nicat əslən cənub bölgəsindəndir. Ruslanın da həmin bölgədən olduğu, amma Bakının Əhmədli qəsəbəsində doğulduğu deyilir.
2016-cı ilin yayında Rövşən Lənkəranski İstanbulda qanuni oğruların toplantısı keçirərkən “Ruslan Əhmədliyə “qanuni oğru” titulu verib, ona tac qoyma mərasimi keçirib.
Caninin hadisə yerindən qaçdığı, hələ də saxlanılmadığı da gələn xəbərlər sırasındadır. O da bildirilir ki, Nicat boksçudu. Onun bir neçə dəfə ölkə üzrə çempion olduğu deyilir.

“Bakılı Əhməd”in keçmiş baş nazir, hazırda Türkiyədə biznes fəaliyyəti ilə məşğul olan Surət Hüseynovla da yaxşı münasibətlərinin olduğu bildirilir. İstanbulda tekstil biznesi ilə məşğul olan Surət Hüseynova məhz “Bakılı Əhməd”in yardım etdiyi də gələn məlumatlar arasındadır.

Avropa.info-nun Türkiyədəki mənbələrdən əldə etdiyi məlumata görə, “Bakılı Əhməd” ləqəbli iş adamı kriminal avtoritet Rövşən Lənkəranski və eyni zamanda keçmiş baş nazir Surət Hüseynovla yaxın olması ilə tanınırmış.

“Bakılı Əhməd”in hətta Rövşən Lənkəranskinin cənazəsinin Azərbaycana yola salınmasında fəal iştirak etdiyi bildirilir. Rövşənin ölümündən sonra isə iş adamının onun qardaşı, gömrük polkovniki Namiq Caniyevlə yaxın əlaqələrinin olduğu qeyd edilir.

Mənbə bildirir ki, Surət Hüseynovun biznesinə məhz “Bakılı Əhməd” rəhbərlik edirmiş. Bununla yanaşı Lənkəranski ilə Surət Hüseynov arasında hər hansısa münasibətlərin olub-olmaması haqda məlumat yoxdur.

Son gəlişmələr haqda bilgi verməyə çalışacağıq.
İndilikdə isə internet resurslarında Ruslan Əhmədli haqqında hazırlanmış, əsasən fotolardan ibarət çarxı təqdim edirik:

Related Articles

050-295-94-79
top