“…iş aparılır” – Komitədən saçı qırxılanla bağlı AÇIQLAMA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda kişinin həyat yoldaşının saçını qırxaraq foto və videosunu sosial şəbəkələrdə yaymasına münasibət bildirib.

Report-un sorğusuna cavab olaraq Dövlət Komitəsindən bildirilib ki, hadisədən xəbərdardırlar.

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hadisədən xəbəri var. Məsələ nəzarətimizdədir. Həmin məsələ ilə bağlı, yaşayış yeri üzrə Monitorinq Komissiyası tərəfindən iş aparılır”, – Dövlət Komitəsindən vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə əri tərəfindən saçı qırxılan gənc qadının foto və videosu yayılıb. Videodan görünür ki, kişi həyat yoldaşının saçını qırxıb, sonra isə onu videoya çəkib. Hələlik adı və soyadı məlum olmayan kişi bunu xəyanətə görə etdiyini iddia edir.

Gənc qadının kimliyi məlum deyil.

Related Articles

050-295-94-79
top