UŞAQLAR ÇÖLDƏ DƏRS KEÇİR, BƏS İCRA BAŞÇISI SEVİNDİK HƏTƏMOV HARA BAXIR?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru


Salyan rayonunun Kürsəngi kəndinin orta məkəbində təmir işləri getdiyi üçün məktəbin təxminən 900 nəfərlik şagird heyəti acınacaqlı durumda qalıb.

Məlumata görə, yuxarı sinif şagirdlərinə məktəbin bufetində dərs keçirilsə də, aşağı sinif şagirdlərinə kənd sakinlərinin evlərinin həyətində dərs keçirilir. Kənd sakinlərinin dediyinə görə təmir işləri aylardır gah dayanır, gah da davam edir. Sakinlərin sözlərinə görə məsələ ilə bağlı Rayon İcra Hakimiyyətinə məlumat verildikdə təmir işləri gedir, bir az sonra isə təmir dayanır. Hazırda isə təmir dayanıb. Sakinlər soyuq noyabr günlərində kənd evlərinin həyətlərində, açıq havada uşaqlarına dərs keçirildiyi üçün onların xəstə düşdüklərini, uşaqlarını dərsə göndərə bilmədiklərini deyirlər.

YENİLİK.AZ xəbər verir ki, Prezident İlham Əliyev ölkədə təhsilin inkişafı üçün daim diqqət və qayğı göstərir, bütün məmurlardan da  ölkədə təhsilin inkişafına diqqət göstərməyi tələb edir. Lakin təəssüf ki, Salyan rayon rəhbərliyi indiyədək Kürsəngi kənd məktəbinin təmirdə olduğu müddətdə məktəblilərin normal təhsil almaları üçün lazım olan şəraiti yarada bilməyib. icra başçısının bəlkə də uşaqların soyuq noyabr günlərində çöldə üşüyə-üşüyə dərs keçmələrindən heç xəbəri yoxdur, yox əgər varsa tədbir görmürsə bu lap pisdir. Hər halda videofaktı sizə təqdim etməklə istəyirik ki, özünüz nəticə çıxarasınız.

Problemlə bağlı Salyan rayon icra hakimiyyətinin də mövqeyini öyrənmək istəsək də icra hakimiyyətindən gün ərzində zənglərimizə cavab verən olmadı. Məsələni diqqətdə saxlayacağıq.

Related Articles

050-295-94-79
top