Zakir Fərəcov Qarabağ əlillərinə qarşı kobudluq edib

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Sumqayıtın icra başçısı Zakir Fərəcov Qarabağ əlillərinə qarşı kobudluq edib.

AFN xəbər verir ki, bu barədə Qarabağ Qazilər Birliyinin sözçüsü, Qarabağ qazisi, qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu məlumat verib. O bildirib: “Sumqayıtın “Elmar Vəliyev”i Zakir Fərəcov Qarabağ əlillərini qəbul edib. Amma onlarla çox kobud rəftar edib. Yeznəsi – Sumqayıt nəqliyyatının “bosu” Xannı Rüstəmovun sözü ilə hərəkət edib. Nəticədə 15 nəfər Qarabağ əlili və şəhid ailəsi yenə çörəksiz qalıb! Zakir Fərəcov, Xannı Rüstəmov dövlətin adından sui-istifadə istifadə edərək qaziləri şantaj edir, hədələyir. Özləri dövlətin adından istifadə edib milyonlara sahib olublar, amma qazilərə xox gəlirlər. İş adamları kimi də Qarabağ əlillərinə təziq edirlər! Adam hələ də etdiyi qəbahəti, ədalətsizliyi anlamır”.
R.Kərimoğlu qeyd edib ki, Z.Fərəcova dəfələrlə xəbərdarlıq edilib, bildirilib ki, Qarabağ qaziləri, şəhid ailələri həssas qrupdur, onlarla bu cür davranışın sonunda ciddi problemlər çıxa bilər: “Qarabağ əlilləri bilir neyləmək lazımdır! Qarabağ Qazilər Birliyi, Vətən Müharibəsi Əlilləri Birliyi və zaziler.az saytı məsələni diqqətdə saxlayır”.

Qeyd edək ki, Z.Fərəcovun fəaliyyətindən narazı olan qazilərin və şəhid ailələrinin şikayəti ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

Related Articles

050-295-94-79
top