Bakıdan aldığı dərman vətəndaşda şiş xəstəliyi yaratdı – İddia (Video)

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Space Tv-də həftə sonu Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində daha bir araşdırma tamaşaçılara təqdim edilib.

Minval.info xəbər verir ki, Amil Xəlilə müraciət edən İsimxan bəy hər zaman Türkiyədən gətirdiyi dərmanı qəbul etdiyini və sağaldığını bildirib. Bir müddət sonra bu həblərin ölkəyə idxal edilməsinə qadağa qoyulur. O, məcbur olur Bakıda Azadlıq pr.-də yerləşən apteklərin birindən oxşar dərmanı alır və qəbul edir. Qısa müddət sonra həmin həb əks təsir göstərir. Hətta onun sözlərinə görə, həkim də təsdiqləyib ki, sonuncu qəbul etdiyi dərman onda şiş əmələ gətirib.

İsimxan bəy istəyir ki, insanlar prostatla bağlı qəbul edilən dərmanlardan ehtiyatlı olsunlar.

Daha sonra Amil Xəlil Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla görüşüb. O da deyilənləri təsdiq edib. Hətta prostatla bərabər, cinsi istəyi artıran bəzi dərmanlarda insan ömrünün azaldığını bildirib..

Həmin anları sizə təqdim edirik.

Related Articles

050-295-94-79
top