Bərdə rayon Mərkəzi xəstəxananın doğum şöbəsindən – ŞİKAYƏT

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Ağdam rayonundan məcburi köçkün, hal-hazırda Qasımbəyli qəsəbəsi ev 135-də yaşayan, I qrup Hərbi xidmət əlili Şıxıyev Rövşən Əyyam oğlu ölkə rəhbərliyinə və bir sıra dövlət qurumlarının başçılarına şikayət ərizəsi ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Mən I qrup başqalarının köməyinə və yardımına möhtac olan hərbi xidmət əliliyəm. 21.11.2018-ci il tarixdə həyat yoldaşım Şıxıyeva Lamiyə Gəray qızının səhhətində yaranmış çox ciddi problemlə əlaqədar göndərişlə Bərdə rayon Mərkəzi xəstəxanasının Doğum şöbəsinə səhhəti ağır olduğundan təcili tibbi yardım maşını ilə gətirilmişdir. Ancaq Bərdə Doğum şöbəsinin həkim heyəti tərəfindən mənə, ailəmə çox böyük hörmətsizlik, qanunsuzluq, özbaşınalıqlar, tərbiyyəsizliklər edərək çox ağır vəziyyətdə olan həyat yoldaşıma yardım etməkdən xəstəxanaya qəbul etməkdən birmənalı şəkildə imtina etdilər. Mənim I qrup əlil kimi xahişlərimə, hətta yalvarışlarıma baxmayaraq xəstəmə baxmaqdan imtina etdilər. Bu həkimlərə küllü miqdarda pul lazımdı, kimin pulu varsa, ona xidmət edirlər. Mənim kimi köməksiz vəziyyətdə olan I qrup hərbi xidmət əlilinə qarşı kobudluq və vəhşilik edirlər. Mən bununla əlaqədar Səhiyyə Nazirliyinin qaynar xəttinə şikayət etsəmdə heç bir nəticəsi olmadı. Xəstə xəstəxanaya gətirilərkən onun ancaq maddi imkanına görə ona yardım göstərilir. Kimin 1000-2000 manat varsa ona xidmət edirlər.

Bu nə vəziyyətdi? Dövlətin xəstəxanası tam açıq bazardı, korrupsiya yuvasıdır. Bu çox dözülməz vəziyyətdi? Bu cinayətdi? Belə olan halda Səhiyyə Nazirliyinin bütün bunlara nəzarət etməli olan orqanları hara baxır? Ümumiyyətlə Bərdə Doğum evində dövlət adına heç nə mövcud deyil.

Hal-hazırda da həyat yoldaşım Ağdam xəstəxanasındadı, üç azyaşlı uşaqlarım sahibsiz küçələrdə qalıb, mən I qrup başqalarının köməyinə və yardımına möhtac əlil olduğumda mən heç nə etmək gücündə deyiləm. Bəs dövlətimiz mənim ağır vəziyyətimdə mənə niyə sahib çıxıb, Bərdə Doğum evinin həkimləri barədə tədbir görmür.

Odur ki, Sizlərdən xahiş edirəm Bərdə Doğum Evindəki bu biabırçılığa son qoyulması üçün təxirə salınmadan tədbirlər görülsün, günahkarlar cəzalandırılaraq tutduğu vəzifədən kənarlaşdırılaraq barələrində cinayət işi qaldırılması təmin edilsin və mənim həyat yoldaşımın təcili olaraq Bakı şəhərindəki xəstəxanalardan birində müalicəsinə köməklik göstərəsiniz”.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Related Articles

050-295-94-79
top