“Yaşıl Həyat” sağlamlıq mərkəzinin xəstəliyi… – Diqqət!

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Tibb mərkəzi işsiz insanları işə qəbul adı ilə aldadır. Sağlamlıq mərkəzi müxtəlif elan saytlarında işçi axtardığını bəyan edir.
İşsizlikdən əziyyət çəkən onlarla vətəndaş “Green life” sağlamlıq mərkəzinə iş axtarmaq adıyla gəlirlər.
Çünki mərkəzin elan saytlarında təklifi çox cəlbedicidir:İş saatı 4 saat, sərbəst qrafik.
Bu 4 saat ərzində işləməyə görə 250-500 manat arasında əmək haqqı vəd edilir.
Siz burada telefon operatoru,zənglərin qeydiyyatı,ofis meneceri və.s vakansiyalarında işləyə bilərsiniz.Xarici dil biliyi və təcrübə tələb olunmur.İş öyrədilir.Bazar günü istirahət günüdür.
Başqa bir elanda isə 18-45 yaş arası xanımlar və tələbələr üçün operator işi təklif olunur.
İş vaxtı saat :11:00-17:00.
Tələbələr üçün iş part time.
Xarici dil bilmək və iş təcrübəsi tələb olunmur.İşin qaydaları öyrədilir.
Bazar günü istirahət günüdür.Hicablı xanımlar da müraciət edə bilər.Fidan xanım
0556705591.Əmək haqqı 250 AZN. Amma…
Amması budur ki,”Tora düşənlərin” əksəriyyəti tələbələrdir.Onlar əsasən operator vəzifəsi üçün müraciət edib.
Mərkəzdən bildirilib ki, iş təcrübəsi mənimsədikdən sonra evdən də çalışa bilər. Bunun üçün ilk növbədə pulsuz-parasız, işsiz vətəndaş 15 manat ödəniş etməlidir.

Bu pulu nə üçün istədiklərini özləri də izah edə bilmirlər. Guya müqavilə bağlanır və həmin işsiz binəva hər gün mərkəzdə kurslarda iştirak edir.
Bu kursların isə təklif olunan sahələrlə heç bir əlaqəsi yoxdur. Belə ki, klinikanın moderatoru mühazirədə uzun-uzadı biznesin təşkili, idarəçiliyi və s. barədə cansıxıcı nəzəri mövzulardan danışır.
İş üçün müraciət edənlərə bir neçə gün gəlib mühazirədə iştirak etmələri tələb olunur. Çarəsiz qalan işsiz vətəndaşlar da məcburən mühazirəyə qatılırlar.
Bu mühazirələrin onların vəzifəsinə, maaşına və s. hansı aidiyyatı olduğu məlum deyil.
Nəticədə boş gedib-gəlmələrdən bezmiş vətəndaş bir də ora ayaq basmır. Əvəzində 15 manat da gedir, gündəlik nəqliyyata verilən pul da…
İşsiz vətəndaşı işə qəbul etmək, ona avans vermək yerinə 15 manat alırlar, kələk gəlirlər və yola salırlar.
Sonra məlum olur ki, operatorun vəzifəsi gündə 200 mənzilə zəng etmək, Green life” sağlamlıq mərkəzi haqda məlumat vermək, müştəri cəlb eləmək, hər müştəriyə görə 10 manat faiz almaq imiş.
Yəni, heç bir maaşdan söhbət getmir, operator gətirdiyi müştəridən dolanmalıdır. Əgər ayda 15 müştəri olsa, bu, cəmi 150 manat edir. Bu da işsiz vətəndaşın yol pulusu və gündəlik xərclərinə güclə yetir.

Əməkdaşımız öyrənib ki, bu firmanın fəaliyyəti təxminən “Tiens” adlı məşhur Çin şirkətinin bir qanadıdır. Bir müddət əvvəl Bakıda “Tiens” çox yayılmışdı.
Minlərlə işsiz vətəndaş, əsasən də tələbələr onların toruna düşürdülər. Sonra zamanla bu fırıldaqların üstü açıldı.

İndisə buna bənzər işi sözügedən mərkəz edir. Hər bir vətəndaşdan 15 manat qoparmaqla ayda nə qədər yağmalandığını təsəvvür etmək mümkündür…
Bu məsələni aydınlaşdırmaq üçün əməkdaşımız “Green life” sağlamlıq mərkəzində olub.Mərkəzin rəhbərlərindən olan və özünü Günay kimi təqdim edən xanımla görüşüb məsələyə aydınlıq gətirməsini isdəyib.Günay xanım fəaliyyətlərinin qanun çərçivəsində baş verdiyini sübut etməyə cəhd edib.Vətəndaşlardan 15 manat nə üçün aldıqlarına isə heç cürə aydınlıq gətirə bilməyib.Biz onların nə dərəcədə haqlı və verilən fəaliyyətlərinin hansı qanunla tənzimləndiyini deyə bilmərik.Biz problemi olduğu kimi işıqlandırdıq, qiymət vermək isə bu sahəyə məsul olanlarındır.

mediatv.az

Related Articles

050-295-94-79
top