Partiya sədri Abel Məhərrəmovu rüşvətxorluqda ittiham etdi: “Özü də etiraf edirdi”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 4
    Shares
“Son zamanlara qədər BDU-da rüşvətxorluq baş alıb gedir, hətta bu səbəbə görə bir çox dekanlar həbs olunublar. Nə qədər insana saxta diplom verdikləri rəsmən təsdiqlənib. Abel Məhərrəmovu isə bu hallar qətiyyən narahat etmirdi. O, hətta 2014-cü ildə keçirdiyi mətbuat konfransında bir şəhid qızıyla media nümayəndələrinin qarşısında mübahisə edərkən, universitetdə rüşvət faktını etiraf etmiş, “pul versəydin, kəsilməzdin” demişdi. Abel Məhərrəmov həmin xoşagəlməz hadisələrdən dərhal sonra cəzalandırılmalı idi”.
Bu sözləri Ədalət partiyasının sədri, hüquq üzrə elmlər doktoru İlyas İsmayılov ovqat.com-a müsahibəsində deyib. Onun sözlərinə görə, bu əməllərə rektorun cəzalandırılmaması, əksinə, mükafatlandırılması onda arxayınçılıq yaradıb: “Özünə o qədər arxayın idi ki, on minlərlə tələbəni ayağa qaldırıb stabilliyi poza biləcəyini düşünürdü. Onun dini bir konfransa 2 ton şərab aparması, şeyxülislamı gecə yuxudan durğuzub hüzuruna gətirtməsi də tam özbaşınalıqdır.
Ən əsası isə… BDU dövlət sifarişilə mütəxəssislərin ən çox yetişdirildiyi ali təhsil ocağıdır. Statistik məlumata görə, hər il bu ali məktəbə 5 minə qədər tələbə qəbul olunur. Onun təxminən yarısı dövlət sifarişi əsasında təhsil alır. Bu, respublika ali təhsil müəssisələri üzrə ən böyük rəqəmdir və respublika üzrə dövlət sifarişi əsasında ayrılmış ümumi yerlərin 20 faizinə qədərini təşkil edir. Məhz bu səbəb görə də 600 və daha yüksək bal toplayanların böyük əksəriyyəti bu ali məktəbdə oxumağı seçirlər. Bu cür istedadlı gənclərin taleyinin özünü apara bilməyən rəhbərlərə həvalə edilməsi Azərbaycanın gələcəyinə vurulmuş ən böyük zərbədir. Təəssüf ki, BDU-nun son 19 illik tarixi məhz belə bir anlayışın idarəçiliyi altında olub”.
Posted in Uncategorized

Related Articles

050-295-94-79
top