Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin abunəçiləri arasında böyük rəğbət qazanmış “SMSRadar” xidmətinə artıq 65 min nəfərdən çox insan qoşulub.

Abunəçilərin rahatlığının və yollarda təhlükəsizliyinin təmin olunması məqsədilə istifadəyə verilmiş “SMSRadar” xidməti avtomobil idarə edənlər üçün çox faydalıdır. Aylıq abunə haqqı cəmi 1 AZN olan bu xidmət sayəsində abunəçilər yol hərəkəti qaydalarını pozduqda qayda pozuntusunun vaxtı və cəriməsi haqqında ətraflı məlumatı SMS vasitəsilə almaq imkanına malikdirlər.

Böyük populyarlıq qazanmış bu innovativ və əlverişli xidmətdən faydalanmaq üçün istənilən tarifdən istifadə edən “Bakcell” abunəçisi idarə etdiyi nəqliyyat vasitəsinin nömrəsini (misal: 00-XX-000) SMS vasitəsilə 5666 qısa nömrəsinə yollamalıdır. Sürət həddini aşmış nəqliyyat vasitəsi barədə məlumat abunəçilərə dərhal, yol hərəkəti qaydalarının digər pozuntuları barədə məlumat isə müvafiq sistemdə qeyd olunandan sonra göndərilir.

Xidmət barədə ətraflı məlumat https://www.bakcell.com/az/sms-radar və yaxud “www.smsradar.az” internet səhifələrindən əldə oluna bilər.

Qeyd edək ki, “SMSRadar” mobil əlavəsi yükləmə sayı üzrə Azərbaycanda 8-ci yeri tutur. Həmin mobil əlavəni “Appstore” və ya “PlayMarket” vasitəsilə yüklənən abunəçilər cəriməyə aid foto və videoları da izləmək imkanına malikdir. Mobil əlavəni birbaşa yükləmək üçün http://SMSRadar.az/app linkindən istifadə edin:

İnnovasiya sahəsində özünü doğrultmuş lider olan “Bakcell” şirkəti müasir mobil rabitə xidmətlərinin istifadəçiləri üçün innovativ, olduqca əlverişli və maraqlı xidmətlər göstərməyə davam edəcək.

“Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox şəhər və rayon mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, “www.bakcell.com” internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün “www.bakcell.com/az/news” (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə (012) 498-89-89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Posted in Uncategorized

Related Articles

050-295-94-79
top