Nazir direktorun döyülməsindən DANIŞDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Təhsil naziri Ceyhun Bayramov 175 saylı məktəbin direktoru Tural Mirzəliyevin aktyor Rza Rzayev tərəfindən döyülməsinə münasibət bildirib.

Bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran nazir bunun qeyri-adi hal olduğunu deyib: “Bu məsələyə ümumi münasibət bildirəcəm. Məktəb rəhbərinə böyük hörmət görmüşük. Cəmiyyətdə hörmətli insanların bir-birinə “müəllim” deyə müraciətinin dərin mənası var. Məktəb rəhbərinə qarşı fiziki gücün tətbiq edilməsi tamamilə qəbuledilməz faktdır. Bu məqamla bağlı rəy və nəticəni gözləməliyik. Bilirik ki, hüquq mühafizə orqanları bu məsələ ilə məşğul olur. Ona görə də bu araşdırmaya müdaxilə etmək istəmirik. Bu hadisəyə hüququ qiymət veriləcəyinə inanırıq”.

Related Articles

050-295-94-79
top