Dövlət Gömrük Komitəsinin ucuz reklam piarı və şousu kimə lazımdır?!

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bu il növbədənkənar prezident seçkilərindən sonra Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.Bu sərəncəmla Gömrük Komitəsinin eks sədri Aydın Əliyev vəzifəsindən azad edilərək onun yerinə Səfər Mehdiyev təyin edilib.Hamı bu təyinatdan çox şey gözləsə də hələ də bu təyinat özünü doğrultmayıb.Yəni Səfər Mehdiyev Gömrük Komitəsinə sədr dəyişikliyi burada nəyinsə dəyişməyinə səbəb olmadı.
Səfər Mehdiyev vaxtı ilə kolxozda işləsə də Gömrük sahəsində böyük inkişaf gözlənilirdi, lakin bu heç nəyi həll etmədi.Günü- gündən qalxan rüşvət, rüsum pulları əvvəlkindən heç nə ilə fərqlənmir.
Səfər Mehdiyev Gömrük Komitəsinə sədr təyin olunduqdan sonra Komitəyə yaxın mətbuatı (Komitənin maliyyələşdirdiyi)ayda bir dəfə Gömrük postlarına dəvət edib güya öz bacarıqlarını göstərirlər.Amma əslində heç bir yenilik yoxdu,Aydın Əliyevin dövründə olan “itlər və aparatura” sistemləridir. Bəs Səfər Mehdiyev hansı yenilikləri tətbiq edib? Bu suala cavab vermək çox çətin məsələdir?Biz biləni Səfər Mehdiyev ancaq və ancaq eks Kömrük sədri Aydın Əliyevin adamlarını işdən azad edib öz ətrafını gətirdi.
Səfər Mehdiyev son günlər də Gömrük Məntəqələrinin məşhurlaşması üçün tapdığı yeni iş metodu insanları lap çaşbaş salır.Belə ki,gömrük rüsumları azaldılmaqdansa Gömrükdə saatlarla gözləmələr götürülməkdənsə özlərini reklam heç bir yaxşı nəticə verməyəcəkdir
Hər halda hər bir qurumun əməkdaşlıq etdiyi mətbu orqanlar var,lakin Gömrük komitəsinə bu əməkdaşlıq peşakarcasına çatmayıb.Ən azı burada müəyyən yeniliklər olmalıdır ki,mətbuata da bu cür tez-tez açıqlamalar verilsin.
Atalar yaxşı deyib: “Köhnə hamam, köhnə tas!”. Bəs köhnə hamamı tez-tez insanlara göstərməyin nə adı?Əslində bir müəyyən yeniliklər və güzəştlər olmalıdır ki,media orqanları da buraya dəvət alıb yenilikləri insanlara göstərsin
Dünya da ən çətin Gömrük keçid məntəqəsi Azərbaycandır. Belə ki,insanlar dünyanı gəzir gəlir rahat şəkildə Azərbaycan Gömrüyündə isə müəyyən məbləğlə razılaşmadıqlarına görə insanlar və Yük maşınları nəqliyyat növləri saatlarla gözləməli olur.Azərbaycan da və Dünyada yaşayan Azərbaycanlılar ölkəmizə müasir standartlara uyğun maşınlar və digər lazımi avadanlıqlar gətirmək istəsələr də gəlib Azərbaycan Gömrüyündə ilişib qalır.
Beləliklə insanlar dünyadan Azərbaycana nəyisə gətirməyi özlərinə qadağa qoyurlar. Yəni, Azərbaycana bir gələn bir də gəlmək istəmir.Azərbaycanın daxilində aparılan inkişafı heç kəs görə bilmir.Bir sözlə, Azərbaycan Gömrük keçid məntəqəsi dedikdə o dəqiqə insanların gözlərində külli miqdarda rüşvət gəlir.
Bu cür ucuz reklamlara getməkdənsə sizə yaradılan şəraitdən istifadə edib Şəffaflığı təmin edin. Gömrükdə rüşvəti yığışdırın ki,insanlar xaricidən nəsə gətirib Azərbaycana xeyir verə bilsin.Cənab prezident İlham Əliyevin dediyi kimi, işinizlə məşqul olun! Boş- boş reklamlara getməyin.Yeniliklər edin! Gömrük sahəsi çox çətin və şərəflidir. Bunun üçün siz də öz peşənizə hörmət edib Gömrük məntəqələrində özünüzü özünüzə yaxın mətbuatla ucuz reklam edib şoular yaratmayın.
Bəlkə də sizin bu şounuzdan heç Komitə sədri Səfər Mehdiyevin belə xəbəri yoxdur.Biz inanırıq ki, saytın bu yazısından sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sizin onu aldatmaq kimi ucuz şounuza son qoyacaq.
Qarşı tərəfi dinləməyə və dərc etməyə hazırıq .

Xəbəral.az

Related Articles

050-295-94-79
top