Əbülfəz Məlikovun xəz dəri dükanlarında vergi yoxlamaları – saxta Çin malları və sahibsiz qalan iş adamları

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Yeni mövsümün başlanmasından sonra ölkənin böyük xəz dəri dükanlarında yoxlamalar başlayıb. Daxil olan məlumata əsasən Vergilər Nazirliyinin əməkdaşları Bakıda yerləşən iri xəz-dəri dükanlarında yoxlamalar zamanı ortaya çox ilginc bir faktı çıxarıblar. Vergi yoxlamaları zamanı məlum olub ki, bu günə kimi ölkəyə idxal edilən xəz-dəri geyimləri satışını həyata keçirən dükanların sahibi məşhur Broker Kralı Əbülfəz Məlikovdur.

Daxil olan informasiyada bildirilir ki, uzun illərdir ki, ölkə gömrüyündə broker kralı kimi tanınan Əbülfəz Məlikov bu ticarətində də gömrükdə böyük fırıldaqlarla külli miqdarda vəsiti büdcədən yayındırıb. Daxil olan informasiyaya görə, Sədərək Ticarət Mərkəzində yerləşən “Femina” Xəz Dəri Qalereyasında Vergilər Nazirliyinin əməkdşaları yoxlamalar aparıblar. Yoxlama nəticəsində bəlli olub ki, qiyməti 3-20 min manat arasında satılan xəz-dəri geyimlərinə görə vergilər çox az hesablanıb. Vergi əməkdaşları bu məhsulların idxalına dair invoysları tələb etsələr də, mağaza sahibi sənədləri təqdim etməkdən imtina edib.

Əbülfəz Məlikovun adamları bir aydan çoxdur ki, müxtəlif bəhanələrlə xəz dəri dükanlarında gömrük idxal qiymətləndirməsinə dair sənədləri vergi müfəttişlərinə təqdim etməkdən yayınırlar. İlk olaraq Feminada satılan xəzlərin 200-300 manat olduğunu desələr də, sonradan vergi işçiləri bu şifahi açıqlamanın da yalan olduğunu biliblər. Sonradan isə yoxlamalar zamanı daha bir fakt ortaya çıxıb. Bəlli olub ki, əslində Əbülfəz Məlikov öz məşhur imkanlarından istifadə edərək xəz-dəri məhsullarını etiketsiz – xammal kimi idxal edib. Bakıda isə Çindən gətirilən bu “xammal”lar saxta yolla etiketlənərək satışa çıxarılıb.

Artıq məlikovun bununla bağlı adamlarına heç bir yardımı dəymir. Vergi əməkdaşlarının baş verən gömrük pozuntuları ilə bağlı komitə sədri Səfər Mehdiyevi də məlumatlandırıblar. Hələlik Mehdiyevin Əbülfəz Məlikovun cəzalandırılmasına hansı reaksiya verəcəyi bəlli deyil. Bəlli olan odur ki, ölkəyə idxal edilən bütün xəz dəri məhsullarının əsas inhisarçılarından biri olan Əbülfəz Məlikov çox çətin durumdadır. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Related Articles

050-295-94-79
top