NAZİR MÜAVİNİ: “PARTLAYIŞ BAŞ VERMİŞ BİNANIN SAKİNLƏRİ ÜÇÜN YENİ BİNA TİKİLƏCƏK”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 2
    Shares
“Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcəklər”.
AYDINLIƏQ.AZxəbər verir ki, bu barədə “Report”un Qərb bürosuna fövqəladə hallar nazirinin müavini Etibar Mİrzəyev məlumat verib.
E.Mirzəyev bildirib ki, sakinlər üçün yeni bina tikilərək təhvil veriləcək: “Hazırda axtarış və təmizləmə işləri davam etdirilir. Binanın bir blokunda yerləşən dörd mənzil tamamilə dağılıb. Dördüncü və üçüncü mərtəbələrdə yaşayış olmayıb. Partlayış birinci mərtəbədə baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralıdır. Hazırda tədqiqatçılar və mütəxəssislər partlayışın baş verdiyi ərazidə araşdırma aparırlar. Hadisənin dəqiq səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə məlumat veriləcək”.

Related Articles

050-295-94-79
top