BAKIDA YÜKSƏK VƏZİFƏLİ MƏMUR İŞDƏN ÇIXARILDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov vəzifəsindən azad olunub.
AYDINLIQ.AZ Report-a istinadən xəbər verir ki, bununla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev əmr imzalayıb.
E.Allahverdiyevin digər əmri ilə həmin vəzifəyə Elmin Zamanov təyin edilib.
Xatırladaq ki, iyunun 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Allahverdiyevdən öncə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olub.

Related Articles

050-295-94-79
top