CƏLİLABAD TƏHSİL ŞEFİ ARADAN ÇIXIR: 100 MİNLİK RÜŞVƏT SKANDALI…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Elə məmurlar var ki, onlar baş verənlərin fərqinə varmırlar. Yəni, “gözü çıxmış qardaşdan” dərs götürmək xəyalında deyillər.

Gözümüzün qarşısında Abel Məhərrəmovun akademik fəaliyyətinə necə son qoyulması nümunəsi olduğu halda təhsil sahəsində ibrət götürməyənlər var.

Onlardan biri Cəlilabad təhsil şöbəsinin müdiri Hafiz Cavadovdur. H.Cavadov təhsil sistemində ən nüfuzlu rektor olan A.Məhərrəmovun finalından nəticə çıxarmır. Ən azı şəxsi anlamda təhlil edərək fəaliyyətini nizamlaya bilər.

Gənc müəllimlərdən biri təhsil naziri Ceyhun Bayramova müraciətində bildirib ki, Rayon Təhsil Şöbəsi müdirinin qanunsuzluqlardan beziblər.

Reportyor.info-da yayımlanan şikayətdə müəllim bildirir ki, Hafiz Cavadov xələflərindən geri qalmır.

Hafiz müəllimin qanunsuz və rüşvətxor əməlləri haqqında nazirə geniş məlumat vermişəm. Bu adam təhsil müdiri əvəzi gələr-gəlməz öz “taktikasını”işə saldı.

Özü ixtisasca müəllim olsa da, həyatı boyu müəllim işləməyən, sinif otağına daxil olmayan, daim RTŞ-nin müdir müavini postunu tutaraq rüşvətxorluqla məşğul olan H.Cavadov faktiki olaraq rayonda işləyən 3 min müəllimin, 129 məktəbin cibinə girməklə məşğuldur.

Bu oğurluqda o qədər “peşəkardır” ki, əminəm İran şairi Hafiz Şirazi bunun müasiri olsaydı şoka düşərdi. Rayonda təhsil qənimi olan Hafiz Cavadov şeytana “papış tikir”.

Onun ədalətsiz idarəetməsinə etiraz edənləri hədə-qorxu gəlmək, şantaj etmək peşəkarlığıdır. Nə olur olsun, bircə onun rüşvət makinasina heç kim manə olmasın”.

Müəllim yazır ki, rayonda olan 129 məktəb direktorları H.Cavadova xərac vergisi verir: “Mən hesablamışam ki hər ay 20-25 min manat müəllimlərdən rüşvət yığır.

Daha bir iddia bolgexeber.com-da işıqlandırılıb. Ramil Sadıqlı məqaləsində yazıb ki, H.Cavadov mətbuatda gedən tənqidi yazılardan guya bezərək tutduğu vəzifədən uzaqlaşdırılması uçün bəhanə axtarışına çıxıb.

O, bu yaxında Cəlilabada ezam olunmuş nazirliyin cənub bölgəsi üzrə kuratoru Əhliyyat Adıgözəlovu vasitəçi salaraq, Cəlilabad icra başçısının qəbulunda olublar.

Qəbul zamanı təhsil şefi Hafiz Cavadov daha işləmək istəmədiyini, yorulduğunu, haqqında tənqidi materiallardan cana yığıldığını əsas gətirərək işdən getmək istədiyini bildirib.

Başçı Namiq Zeynalov buna etiraz edib, kadr olmadığını bildirərək “hələ işləməlisən” tapşırığını verib. Məlumatda bildirilir ki, əslində H.Cavadov aradan çıxmaq istəyir.

Çünki işlədiyi bu 9 ay ərzində yığdığı rüşvəti heç kimlə bölüşmək fikri yoxdur. Təxmini hesablasaq, H.Cavadov 100 min çirkli pul qazanıb. Bu qədər rüşvəti o necə eldə edib?

Cəlilabad RTŞ-da H.Cavadovun qaranlıq iş fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin komissiyası tərəfindən araşdırılsa, məsuliyyətə cəlb oluna bilər.

Paytaxt.org-a istinadla onu da xəbər veririk ki, Hafiz Cavadov əvvəllər də əlaltılarının vasitəsilə 129 məktəb direktorunu istismar edilməsində sabiq RTŞ-nin müdirinə yaxında köməklik edib.

Adı bir çox rüşvət olaylarında hallanan H.Cavadov müdir əvəzi olanda köhnə təcrübəsini işə salması hər kəsdə narahatlıq yaratmışdı..

RTŞ direktoru məktəb direktorluğu 3 min, böyük məktəblərin rəhbərləri isə işdə qalacağı halda 5 min ödəməli tələbi irəli sürmüşdü.

Müqavilə ilə işləyən müəllimlərə gəldikdə isə, ayda 300 yüz manata işləmək istəyən müəllim cənab Cavadova 1000-1400 manat əvvəlcədən şirinlik verməli idi.

Hafiz Cavadov kənd və rayon məktəblərində sinif komplektləri açdıraraq 1300 manat qarşılığında parallel siniflərin yaradılmasını da təşkil edir.

Əvvəllər kontingentindən aslı olaraq kiçik məktəblər 200, böyük məktəblər 500 verirdisə , indi 300-600 manat hesab qoyulub.

Kontingentindən asli olaraq hər məktəb 3-5 texniki işçinin maaş kartına yazılan məvacibin də Hafiz Cavadova verilməsi nəzərdə tutulub.

Bütün bunlar azmış kimi direktorlarlardan ayda 300- 500 manat və müqavilə ilə işləmək istəyən hər müəllimdən alınan 1300 manat pullar isə rayon İcra hakimiyyətidə məlum adama verilməsi də gündəmə gətirildiyi də bildirilib.

Cahan.info

Related Articles

050-295-94-79
top