İKİ NAZİRƏ DOSYE: YUSİBOV QARDAŞLARI GDU-NU NECƏ TALAYIRLAR? – RƏQƏMLƏR…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusibov Maliyyə Nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan Cavanşir Yusibovun qardaşıdır. Maliyyə nazirinin müavini olan Azər Bayramovla həm iş yoldaşı, həm də dostdur. Azər Bayramovun qardaşı Ceyhun Bayramov isə təhsil naziridir.

Cahan.info xəbər verir ki, bu təqdimat mənzərəni tam ifadə edir. Bu yaxınlıq nəticəsində təhsil naziri GDU rektoruna böyük meydan verib. Maliyyə Nazirliyində Yusibovla Bayramovun mehribanlığı təhsil sektorunda qardaşlarının münasibətlərinə müsbət təsir edib.

Ona görə də Y.Yusibov Gəncədə təhsil ocağını C.Bayramovun və özünün istəklərinə uyğunlaşdırıb. Hələ Bayramov nazir müavini işləyəndə Yusibov GDU-da meydan sulamağa başlamışdı. Onun nazir təyin olunması isə daha böyük və geniş imkanlar açıb.

Bu imkanlarla bağlı detallı olaraq afn.az saytı yazmışdı. Sayta verilən xəbərə görə, tələbələrdən otaqların pəncərələrinə jalüzlər, koridorlara xalçalar alınması üçün pul yığılır. GDU-nun büdcəsində olan pullar isə hara gəldi xərclənir. Kafedralara verilən inventarlar artıq yazılır, bir neçəsi kafedralara veriləndə qalan əksər hissəsi mənimsənilir.

Məlum olduğu kimi, Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət edən xidmətin rəisidir. Bu isə o deməkdir ki, Yusif Yusifov maliyyə məsələlərinin təyinatı üzrə xərclənməsində “sərbəstdir”.

2014-cü ildə universitet üzrə 13 tenderin ümumi qiyməti 1 016 915 manat olub – əvvəlki ildən 5,77 dəfə çox. 625 514 manat təmir, 90 977 manat abadlıq, 76 700 manat avadanlıq, 74 680 manat inventar, 44 850 manat mətbəə, 41 791 manat dəftərxana, 37 900 manat nəqliyyat vasitəsinin alınması, 24 503 manat da “sair xərclər” aparıb.

Əvvəlki illər universitetin heç bir tenderini qazanmayan, dolayısıyla yüksək çinli məmurlardan birinə aid olduğu deyilən “İnstal-Servis” MMC əsaslı təmir işlərini 527 049 manata aparıb. 2015-ci ilin 6 ayı üzrə GDU-da ümumi dəyəri 1 882 199 manat olan 15 satınalmaya dair məlumat var. Bu da əvvəli rektorun xərclədiyindən 10,68 dəfə çoxdur.

Əvvəlki illərdə təkrar-təkrar təmir aparılmasına baxmayaraq, bu dəfə də 1 421 294 manatlıq təmir işi “İlqar-MR” MMC-yə həvalə olunub. Bu firmanın da adı şübhəli tender qaliblərinin siyahısındadır. Keçən il üç dəfə, ümumilikdə 1 517 179 manat dəyərində təmir aparılıb, 25 min manata da layihə-smeta işləri görülüb.

68 217 manat inventar, 48 156 manat avadanlıq, 48 729 abadlıq, 34 652 manat dəftərxana və təsərrüfat malları, 23 000 manat mətbəə, 17 000 manat nəqliyyat vasitəsinə sərf olunub, dörd dəfə də “digər xərclər” altında 100 266 manat istifadə edilib.

Cahan.info xəbər verir ki, mediada şikayıtlənmiş bir qrup tələbə semestr imtahanlarında yığılan pullardan narazılıq edirlər. Tələbələr hər imtahana 150 manat azı verməyə məcbur olurlar.

Universitetdə xüsusi fəallığı ilə seçilənlər və vaxtilə keçmiş rektor Yadigar Əliyevin yıxılmasında xidməti olanlar hazırda Y.Yusibovun baş müşaviri, dosent Asif Cavadov, Biologiya-kimya fakültəsinin dekanı, dosent İsfəndiyar Alverdiyevdir. Onların adları ali məktəbdə rüşvətin tüğyan etməsinə şərait yaratmaqda hallanır.

AzFakt.com-a verilən məlumatda isə qeyd olunur ki, GDU-nun İqtisadiyyat-İdarəetmə Fakültəsində rüşvət tüğyan edir. Məlumatda qeyd olunur ki, fakültə dekanı Şahin Xurşudovun “xeyir-dua”sı ilə start götürən rüşvət mövsümü hazırda sürətli inkişaf mərhələsindədir.

Fakültədə ümumilikdə 700-ə yaxın tələbə oxuyur. Bu tələbələrin bəziləri ümumiyyətlə universitet üzü görmürlər. Ceyhun Bayramov təhsil naziri vəzifəsinə təyin olunandan sonra universitet rəhbərinin nazirlə sıcaq münasibəti olduğundan GDU-da açıq-aşkar rüşvət baş alıb gedir.

Universitetdə rektor Yusif Yusibovun “qara kassa”sı İqtisadiyyat-İdarəetmə Fakültəsinin dekanı Şahin Xurşudovdur. Əvvəllər rüşvət bir az gizli formada alınırdısa indi heç kimdən çəkinib eləmədən tələbələrdən pul yığırlar.

Kəsir kəsir belindədir. Hətta fakültədə vəziyyət o həddədir ki, müəllimlər tələbələrdən rüşvət alarkən gülə-gülə iqtisadiyyat fakültəsinin tələbələrisiniz, indidən pul alıb-pul verməyi öyrənin deyirlər. Daha sonra məlumatda vurğulanır ki, rektor Yusif Yusibovun Şahin Xurşudova qarşı münasibəti əvvəllər yaxşı olmasa da sonradan universitetdə “kölgə iqtisadiyyatı”nın Şahin Xurşudovsuz mümkün olmadığını anlayıb.

Və məhz bu səbəbə görə də onu dekan vəzifəsinə təyin etməklə yanaşı, həm də “qara kassa”ya nəzarəti də ona həvalə edib. Şahin Xurşudovun isə bu “məsuliyyətli” tapşırığın öhdəsindən məharətlə gəldiyi deyilir. Hətta Şahin Xurşudov pul məsələsində o qədər həssasdır ki, əldə olunan hər bir manatın dəqiq hesabatını rektora vaxtlı-vaxtında çatdırır.

GDU-nun “qara kassa”sına toplanan vəsaitlərin böyük hissəsindən Şahin Xurşudovun da özəl payı olur. Əgər belə olmasaydı Şahin Xurşudov dəyəri 4000 manatlıq qızıl saat taxmaz, yüz min manat dəyərində “Land Cruiser” sürməzdi.

Bu hələ aysberqin görünən tərəfidir. Onun xeyli sayda evləri və digər daşınmaz əmlakları da var. Amma təkcə Xurşudov yox, rektor başda olmaqla dekanlar, müşavirlər oliqarxa çevriliblər. Çünki GDU getdikcə fəaliyyəti dayandırılmış Elşad Abdullayevin ABU bazarına çevrilir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Related Articles

050-295-94-79
top