ƏLİ KƏRİMLİ HƏBS EDİLDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 1
    Share

AXCP sədri Əli Kərimli başda olmaqla bir çox cəbhəçini polis həbs edərək Səbail polisinə gətirib

Bu barədə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat yayıb.

“Əli Kərimli içəridə polis idarəsindədir, digər cəbhəçiləri isə mühasirədə saxlayırlar. Hətta paylaşım etməyə, nəsə yazmağa belə imkan vermirlər. Bu, nə biabırçılıqdır, millətin ən əziz günlərindən birində ziyarətçiləri həbs etmək də nə demək?! Nə qədər məsuliyyətə girdiklərinin fərqində deyillər sanki! Millət o millət deyil artıq… Bütün cəbhəçilərə – başda Əli Kərimli olmaqla – azadlıq tələb edirəm!” – deyə Əvəz Zeynallı qeyd edir.
“Azadlıq” qəzetinin Facebook səhifəsinədə də hadisə ilə bağlı məlumat verilib:

“Şəhidlər Xiyabanında Dirçəliş Gününü qeyd etməyə polis imkan vermədi. Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənli polis idarəsinə aparıldı. Daha 30 nəfərin saxlanıldığı bildirilir”(az24saat.org)

Related Articles

050-295-94-79
top