MƏŞHUR KLİNİKA 1 MİLYON CƏRİMƏ EDİLDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakıda fəaliyyət göstərən özəl klinikalardan birinin 1 milyon manat məbləğində cərimə olunduğu iddia edilir

Minval.info-nun əldə etdiyi məlumata görə, Vergilər Nazirliyi tərəfindən özəl xəstəxanalarda ciddi yoxlamalar başlanılıb. İddiaya görə, yoxlamalar zamanı “MedEra Hospital”da ciddi qanun pozuntusu aşkarlanıb.

Belə ki, klinikada çalışan həkim və işçi heyətinin böyük hissəsinin əmək müqaviləsi olmayıb. Hospital işçilərinin sayını az göstərərək vergidən yayınıb. Buna görə də, “MedEra Hospital” 1 milyon manat cərimə edilib.

Yoxlamalar “İstanbul NS” klinikasında da aparılıb və ciddi nöqsanlar aşkar edilib. Hər iki klinika ilə əlaqə saxladıq. “MedEra Hospital”da telefona cavab verən xanım, “Belə bir şey yoxdur” deyib, telefonu qapatdı. “İstanbul NS” klinikasında isə bizi 2 saat ərzində müxtəlif cavablar və nömrələr verdilər. Sonda da telefonlara cavab verən olmadı.

Related Articles

050-295-94-79
top