O DEPUTATIN TOXUNULMAZLIĞI LƏĞV EDİLMƏLİDİR – MİLLƏT VƏKİLİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Deputatın başqasının əvəzinə səs verməsinə, etik davranış qaydasını kobud formada pozmasına görə mandatdan məhrum edilməsi, intizam məsuliyyətinə cəlb edilməsi doğru yanaşma deyil. Mövcud konstitusiyada etik davranış qaydasının kobud pozulması və ya başqasının yerinə səs verməsi intizam məsuliyyəti yaratması qeyd edilməyib”.

Publika.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, başqasının yerinə səs vermə seçkinin nəticəsini saxtalaşdırmaq kimi qəbul edilməlidir və cinayət əməlidir:

“Hər iki əməli intizam yox, cinayət hüquqi qaydada məsuliyyətə cəlb etməliyik. Cinayət Məcəlləsində xuliqanlıq maddəsində qeyd edilir ki, cəmiyyətə açıqdan-açığa hörmətsizlik etmək etik davranış qaydasının pozuntusu kimi göstərilir. Buna cinayət əməli kimi baxılmalıdır. Səsvermənin nəticəsi saxtalaşdırılıbsa, prokurorluğa təqdimat verilməlidir. Biz də həmin deputatın toxunulmazlıq hüququnu ləğv etməliyik. Sonra hüquqi təqib başlamalıdır. Daha sonra deputat hüququndan məhrum edilməlidir. Hakimiyyətin qanadlarının təmsilçilərini intizam məsuliyyətinə cəlb etməklə vəzifəsindən kənarlaşdıra bilmərik. Bu hakimiyyətin bölgüsü prinsipinə, konstitusiyanın ruhuna ziddir. Deputat, hakim yalnız cinayət törətdikdə vəzifələrindən kənarlaşdırıla bilərlər. Bu iki məsələ çox prinsipial məsələdir. Bu qanunları qəbul edərkən həm ölkənin imici, həm də Konstitusiyanın tələblərinə uyğun davranmalıyıq”.

Related Articles

050-295-94-79
top