“NƏYƏ GÖRƏ YAŞ HƏDDİNİ 65-Ə QALDIRMIŞIQ?” – DEPUTATDAN ETİRAZ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Biz pensiya islahatları ilə bağlı çox ciddi qanun layihələri qəbul etdik. Pensiyaya çıxmağın yaş həddini dəyişdirdik. Kişilərin və qadınların pensiya yaşını 65 edib, eyniləşdirdik.

Bəs bu dövlət büdcəsinə nə verdi? Dövlət büdcəsinə əlavə vəsait gətirdimi? Ümumiyyətlə, bunu hesabladılarmı?”.

AYDINLIQ.AZ modern.az-a istinadən xəbər verir ki,bu sözləri Milli Məclisin iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, aparılan pensiya islahatlarının hələ ki, müsbət nəticəsi yoxdur: “Ona görə də hesab edirəm ki, “Pensiya sistemi haqqında” qanuna yenidən baxmağa çox böyük ehtiyac var. Yeni nazir Sahil Babayevə təklif edirəm ki, pensiya yaşı ilə bağlı məsələyə ciddi şəkildə baxılsın. Biz ciddi bir şəkildə pensiya yaşını artırdıq. Mən başa düşə bilmirəm ki, biz qadınları niyə 65 yaşında pensiyaya çıxarırıq?”.

Related Articles

050-295-94-79
top