KƏMALƏDDİN HEYDƏROVUN “AĞ EV”İ BOŞALDILIR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 7
    Shares

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dillər əzbəri olan “Ağ ev”i ilə bağlı sensasion xəbər var. Criminal.az saytının əldə etdiyi məlumata görə, nazirin Qəbələ dağlarında yerləşən sarayı əlindən alınır. Ona sarayı qısa zamanda boşaltması barədə tapşırıq verilib.
Xatırladaq ki, Azərbaycanda və xarici ölkələrdə nəhəng biznes imperiyaları, saysız-hesabsız sərvəti barədə mətbuatda müxtəlif vaxtlarda məlumatıar yayılıb.
Bir müddət əvvəl hazırda həbsdə olan bloqger Mehman Hüseynovun “Ağ ev”lə bağlı videoçarx hazırlamışdı. Qəbələ dağlarındakı həmin mülkün 15-20 milyon manata tikildiyi, ev əşyalarının qızıldan hazırlandığı bildirilirdi.
Eyni zamanda iddia olunurdu ki, K.Heydərov bu mülkünü Ağ Evə bənzədib. Sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilən məsələyə K.Heydərov heç bir reaksiya verməmişdi.

Xalqxeber.az

Related Articles

050-295-94-79
top