LAÇININ TƏHSİL VƏ MALİYYƏSİNİ TALAYAN HƏSƏNOVLAR BAYRAMOVLARA QARŞI–ŞOK YEYİNTİ FAKTLARI…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Laçının təhsil şöbəsi müdiri Nicat Həsənov və qardaşı maliyyə rəisi Vüsal Həsənov təhsil naziri Ceyhun Bayramovla onun maliyyə nazirinin müavini olan qardaşı Azər Bayramovdan çəkinmirlər.

Media üzərindən yaydığımız xəbərdə iddia olunur ki, Həsənovlar Bayramovları saymırlar. Onlar Laçının icra başçısı Aqil Nəzərli ilə Sumqayıtın icra hakimi Zakir Fərəcovu daha üstün tuturlar, bu şəxslərlə hesablaşırlar.

Hətta bəzi dairələrdə bildirirlər ki, bu vəzifədə onların hesabına oturublar, işdən çıxarmaq hüququ da icra başçılarının səlahiyyətindədir. Laçının təhsil və maliyyəsini sümürən, çapıb-talayan Həsənov qardaşlarının fəaliyyəti ciddi yoxlama tələb edir.

Təhsil və Maliyyə idarələrini Nicat və Vüsal Həsənov qardaşları bazara döndərib. Laçının Şeylanlı kəndindən məcburi köçkün Baxışov Müqabil Baxış oğlu da bu faktı təsdiqləmişdi.

N.Həsənov məktəb direktoru işləyən yaxın qohumlarına Naxçıvan Muxtar Respublikasında və hətta xaricdə yaşayan şəxslərin adına əmək haqqı yazdıraraq özü mənimsəyir. İmtahandan keçib Laçın Rayonuna müəllim kimi təyinat almış başqa rayonların sakinləri bir saat da olsun dərs tədris etmədən ayda bir dəfə jurnal yazmaqla staj qazanır və adına yazılmış əmək haqqını N.Həsənova nəzir edir.

Bu alverçi təhsil şefi eyni zamanda Laçın Rayon Maliyyə İdarəsinin müdiri işləyən qardaşı V.Həsənovla da maxinasiyalar yaradaraq dövlət əmlakını qarət edir.

Rayon məktəblərinə məktəblərin qızdırılması, dəftərxana ləvazimatlarının alınması və inventar və avadanlıqların alınması, cari və əsaslı təmir üçün ayrılmış yüz minllərlə vəsaiti əlbir olaraq mənimsəyirlər.

Bir neçə ay əvvəl sosial şəbəkə istifadəçisi Abdul Abdullayevin prezident İlham Əliyev cənablarına ünvanladığı Laçın rayon Təhsil Şöbəsində baş verən qanunsuzluqlarla bağlı müraciəti olmuşdu. Abdul Abdullayev yazırdı ki, Nicat Həsənov işlə bağlı etdiyi ərizəsinə cavab məktubu göndərib.

Ağgöl məktəbində işləyən Əhmədov Əhməd də Laçın RTŞ müdiri Nicat Həsənovu ifşa etmişdi. Nicat Həsənov icra başçısı Aqil Nəzərliyə yüksək məbləğdə rüşvət verərək qarşılığında təhsil şefi olmaqda ittiham edilirdi.

Laçın rayon ümumtəhsil məktəblərində işləyən müəllimlərin yaşayış yeri və əsas iş yeri haqqında maliyyə nazirliyi araşdırma aparsa aylıq 250-350 manat əməkhaqqı adlarına yazıldığı və faktiki olaraq işləməyən 50-dən çox müəllimin olduğu aşkar olar.

Bu müəllimlər özəl müəssisələrdə çalışır, sadəcə pedoqoji iş stajı olsun deyə, adlarına dövlət vəsaitinin yazılıb mənimsənilməsinə razı olurlar.
Təhsil şöbəsində əsas gəlir mənbəylərindən biridə fəaliyyəti olmayan elmi dərnəklərdəki dərs saatları, sağlam və yüngül fiziki qüsurlu uşaqlara məktəbə gələ-gələ saxta sənədlər düzəldərək fərdi dərs saatları yazmaqla hər ay dövlət büdcəsinə talan edir.

Evdə təhsilə cəlb edilmiş şagirdlər yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilsə 90%-nin sağlam və yüngül fiziki qüsurlu olduğu və məktəbdə dərs məşğələlərində iştrak edikləri aşkar olar.

Laçın rayon ümumtəhsil məktəblərinə digər rayonların məktəblərində çalışan və bir çox hallarda dərs saatları üst-üstə düşən müəllimləri ikinci iş yeri kimi qəbul edərək, adlarına formal olaraq dərs saatları yazaraq alınan vəsaitin 50% mənimsənilir.

Təhsil Nazirliyi tərəfindən araşdırılma aparılsa bir müəllimin iki məktəbdə qeyri qanuni 36-48 saat dərs adına yazılaraq dövlət büdcəsinin talan olunduğu üzə çıxar.

Laçın rayon ümumtəhsil orta məktəblərinin jurnal, tarifkassa və əmək haqqı cədvəlləri üzləşdirilsə, dövlət büdcəsinin hansı yollarla talan edildiyi aşkar olar. Gününün çox hissəsini Bakıda keçirən Təhsil şöbəsinin müdiri özü –özünə əməlli-başlı qulluq edir.

Hansısa yollarla saxta ezamiyyə adıyla rayona guya tədbirlərə kimlərisə dəvət edir kimi vəsaitlər ayırır. Nicat Həsənov ixtisasca iqtisadçıdır və bundan əvvəl kağız üzərində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəbinin rəhbəri vəzifəsini tutub.

Yəni heç bir pedoqoji fəaliyyəti olmayıb. Maraqlısı budur ki, Laçın rayonuda 120-dən çox ümumtəhsil məktəbi direktoru olduğu təqdirdə heç bir pedoqoji təcrübəsi olmayan Nicat Həsənov hansı əsasla rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib?

Nəticədə isə, Nicat Həsənov verdiyi pulu yığmaq üçün məktəbləri bazara çevirib. Məktəb direktorlarının gününü qara edib, müəllimlərin necə olursa olsun hər ay ona rüsüm pulu verməyə məcbur edir.

Nicat Həsənov 9,10,11-ci siniflərin şagirdlərindən direktorlar vasitəsi ilə aylıq hesab alaraq məktəbdə dərs məşğələlərində iştirak etməmələri üçün şərait yaradır və bu şagirdlər reptitor yanında hazırlaşırlar.

Dövlət büdcəsindən Laçın rayon ümumtəhsil məktəblərinin 2016-2017-ci tədris ili üçün zəruri və əsaslı təmir bərpa işlərinə ayrılan vəsaitin bir qəpiyidə məktəblərin təmirinə xərclənməyib, Nicat Həsənov şəxsi büdcəsinə əlavə edib.

Həmçinin Nicat Həsənov ümumtəhsil məktəblərindəki texniki ştatları 500 manata satır və məktəblərinin texniki işçilərinin yaşayış yeri haqqında maliyyə nazirliyi araşdırma aparsa aşkar olar ki,70%-i başqa ərazilərdə yaşayır və əməkhaqqı kartı birbaşa müdirin cibindədir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Cahan.info

Related Articles

050-295-94-79
top