“BAKCELL”İN DƏSTƏYİLƏ KEÇİRİLMİŞ M.A.P. FESTİVALI TEATR HƏVƏSKARLARINA UNUDULMAZ TƏƏSSÜRÜTLAR BƏXŞ EDİB

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell 6-11 noyabr tarixlərində Bakıda YARAT Müasir İncəsənət Məkanı tərəfindən keçirilən ikinci M.A.P. Beynəlxalq Teatr Festivalının baş sponsoru olub.

“Bakcell artıq ikinci ildir ki M.A.P. Festivalının baş sponsorudur. Keçən il olduğu kimi, bu ilin tamaşaları da böyük uğur qazanıb və bütün yaş qruplarında olan teatr və performans həvəskarları tərəfindən böyük maraqla qarşılanıb. Fikrimcə, bu festival həm yerli, həm də beynəlxalq müstəvidə olduqda vacib bir tədbirdir. Yüksək səviyyədə təşkil edilmiş bu təşəbbüsə görə YARAT Müasir İncəsənət Məkanına Bakcell adından təşəkkürümüzü bildirmək istərdim. Bakcell şirkəti Azərbaycanda musiqi və incəsənətin inkişafına və ölkənin gəncləri arasında mədəniyyət və incəsənətin təblığ edilməsinə töhfə verməyə davam edəcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers qeyd edib.

Ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platforması olan M.A.P. (musiqi, incəsənət və performans) festivalı tamaşaçı auditoriyasına müasir teatr formalarının geniş diapazonu ilə tanış olmağa kömək etmək məqsədilə özündə müxtəlif teatr nümunələrini birləşdirir. Bu ilki festival çərçivəsində İtaliya, Danimarka, Estoniya, Almaniya, İran, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim olunub. Festival zamanı nümayiş etdirilmiş unikal tamaşalar ictimaiyyətin böyük marağına səbəb olmaqla Azərbaycanın teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib. Tamaşaları müşayiət edən zəngin ustad dərsləri və mühazirələr yeni fəaliyyətə başlayan rejissorlar, aktyorlar, dramaturqlar və digər peşəkarların öz həmkarları ilə görüşməsinə və fikir mübadiləsi aparmasına imkan yaradıb.

“Biz qarşımıza incəsənət vasitəsilə sərhədləri aradan qaldıran, mədəniyyətləri birləşdirən, insanları bir araya gətirən və dünyanın müxtəlif yerlərindən müasir teatr tamaşaları ilə tanış olmağa imkan verən festival keçirmək məqsədi qoymuşduq. Bu ilki M.A.P. festivalının uğuru bir daha göstərdi ki bütün yaş təbəqələrinə aid Azərbaycan tamaşaçılarının müxtəlif teatr janrlarına böyük marağı var. Bu, ölkəmizdə incəsənət və mədəniyyətin inkişafına yönəlmiş fəaliyyətimizi davam etdirmək üçün bizə əlavə stimul verir. M.A.P. Festivalını növbəti dəfə dəstəklədiyi üçün “Bakcell”ə öz dərin təşəkkürümü bildirirəm. Artıq ikinci ildir ki M.A.P. Festivalının baş sponsoru qismində çıxış etməsi Bakcell şirkətinin Azərbaycanda incəsənət və mədəniyyətin inkişafına verdiyi töhfənin bariz nümunəsidir”, deyə “YARAT” Müasir İncəsənət Mərkəzinin bədii direktoru Suad Qarayeva-Maleki bildirib.

Azərbaycanın payız təqvimində əlamətdar yer tutmuş M.A.P. festivalı teatrın Azərbaycanın mədəni həyatında öz əvvəlki nüfuzunun və əhəmiyyətinin qaytarmasına xidmət edib.

Milli telekommunikasiya operatoru olan Bakcell ölkədə iri-miqyaslı və nüfuzlu mədəniyyət layihələrinə daim dəstək göstərir.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

***

 

YARAT haqqında

YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT (“yaratmaq” mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı öz üzərində uzunmüddətli öhdəlik götürüb.

YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YAY Qalereyası, YARAT Emalatxanaları, geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları da dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.

2015-ci ilin oktyabrında, YARAT, Bakıda, qədim İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi.  ARTIM (“tərəqqi” mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və “ARTIM LAB” proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.

Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu kəşf etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulmuşdur. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində, YARAT Emalatxanalarının məkanında il ərzində 6 beynəlxalq və 4 yerli rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur.

Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır,  ictimai proqramlar, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir. M.A.P. Festivalı barədə ətraflı məlumat http://www.mapfestival.az və ya https://www.instagram.com/mapfestivalbaku/ səhifələrindən əldə oluna bilər.

Related Articles

050-295-94-79
top