FLORA KƏRİMOVADAN SƏRT ÇIXIŞ: “DEYİRLƏR Kİ, QOCALIB, AĞLINI İTİRİB…”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Xalq artisti Flora Kərimova mərhum aktrisa Amaliya Pənahovanın vida mərasimində Xalq yazıçısı Elçin Əfəndiyevlə aralarında yaranmış narazılığa aydınlıq gətirib.

Publika.az xəbər verir ki, Xalq artisti sözügedən kadrları sosial şəbəkədə paylaşaraq özünə qarşı edilən hörmətsizliyi qəbul etmədiyini bildirib:

“Mən ancaq münasibətə adekvat cavab verən adamam… Demirəm ki, Xalq artistiyəm, mənə arxa çevirmək olmaz!? Mən xalqın artistiyəm. Mənə arxa çevirmək adıma, daşıdığım rütbəyə və o adın arxasında duran, qiymət verən millətimə hörmətsizlikdir. İndiyə qədər heç vaxt ünvanıma olan hörmətsizliyi udmamışam və udmaram da. Bundan sonra mənə karyera lazım deyil. Hazırda 78 yaşındayam. Bu yaşa kimi mənliyimi qorumuşam.

Elçin bəy, siz məni nə yerinə qoydunuz? Elə bildin ki, mən bunu udacam? Udmayacam! Buna görə 78 il başı uca gəzməmişəm. Mənim mənəviyyat və fiziki ünvanıma bir adam söz danışa bilməz. Deyirlər ki, “qocalıb, ağlın itirib”. Bəli, qocalmışam. Ancaq hamıya bu yaşı arzulayıram. Bu yaşda hər kəsə mənim şuxluğumu, mənliyini qorumağı arzulayıram…”

Related Articles

050-295-94-79
top