“AZƏRAVTOYOL “ ASC –NİN GİZLİ OLİQARXI: ƏVƏZ QOCAYEV

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Azəravtoyol “ ASC hər zaman korrupsiyada ittiham olunan qurumlardan olub

Burda rəhbər dəyişikliyindən sonra müəyyən müsbət çalarlar yaratsa da hələ də köhnə “maliyyə akulaları” meydan sulamaqdadır. Belə fiqurlardan biri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr müavini Əvəz Qocayevin adı müxtəlif vaxtlarda bir sıra xoşagəlməz məqamlarda hallanıb, fəaliyyətinə dair tənqidi xarakterli məqalələr yayımlanıb. Bununla bağlı Dosye.org-a daxil olan məlumatlarda isə onun şəxsi kapitalı və vəzifəsindən istifadə edərək qurduğu biznes haqda ilginc məqamlar yer alıb.

Əvəz Qocayev hazırda təmsil olunduğu posta məhz Ziya Məmmədovun sayəsində gətirilib. Oxuculara məlumat olaraq bildirək ki, eks-nazirin 2015-ci ilin aprel ayının 3-də imzaladığı əmri ilə «Azəryolservis» ASC-nin Avtomobil yollarının istismarı və reklam MMC-nin rəisi Əvəz Qocayevin adıçəkilən ASC-nin sədr müavini – Avtomobil yollarının istismarı idarəsinin rəisinə təyin olunduğunu bildirən mənbənin sözlərinə görə, «Azəryolservis»in adının dəyişdirilib «Azəravtoyol» olmasına, eyni zamanda ASC-nin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılmasına baxmayaraq, Saleh Məmmədovun müavini hələ də Ziya Məmmədova sədaqətini qoyurub saxlayıb:

«Deyilənlərə görə, Əvəz Qocayev az qala hər yerdə «Mənim «Azəravtoyol» Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsinə gətirilməyində Ziya Məmmədovun xidməti olub. O hər zaman mənə xüsusi diqqət və qayğı ilə yanaşıb. Elə bu səbəbdən də mən daim ona sədaqətimi qoruyub saxlayacağam. Əgər birdən Saleh Məmmədovla Ziya Məmmədov arasında seçim etməli olsam, onda eks nəqliyyat nazirinin yanında olacam» deyir.

Məhz elə bu səbəbdən də son zamanlar «Azəravtoyol» ASC-nin sədri Saleh Məmmədovla onun müavini Əvəz Qocayev arasında münasibətlər xeyli gərginləşib. Bununla bağlı Dosye.org-a verilən məlumata görə, Saleh Məmmədov müavininin Ziya Məmmədovun qıraqdan müdaxilə və yardımları ilə ASC-nin sədri postuna gətirilə biləcəyindən ehtiyat edir və buna görə də Əvəz Qocayevi mümkün qədər nəzarətdə saxlamağa çalışır. Bu isə qurum daxilində gərginliyin yaranmasına gətirib çıxarıb». «Azəravtoyol» ASC-nin ölkənin avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərdiyini, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirdiyini xatırladan məlumatlı şəxs iddia edir ki, Əvəz Qocayev 2016-cı ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı postu uğrunda gedən mübarizəyə qatılmışdı:

“Deyilənlərə görə, həmin vaxt Nəqliyyat Nazirliyinin yetkili şəxslərindən biri Əvəz Qocayevin Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətərilməsindən ötrü bir xeyli çaba sərf etsə də, sonda uğursuzluğa düçar olub. Belə ki, yuxarılarda Əvəz Qocayevin icra başçısı postuna layiqli kadr olmadığı ilə bağlı qərar verildikdən sonra onun himayədarları çıxılmaz vəziyyətə düşmüşdülər. Lakin eks-nazirin məsələyə müdaxiləsindən sonra Əvəz Qocayev hazırda çalışdığı vəzifəyə təyinat almaqla özünü sığoralamağı bacarıb.

Bu arada, onu da nəzərinizə çatdıraq ki, «Azərbaycan Dəmir Yolları» QSC-nin keçmiş rəhbəri, hazırda nəqliyyat nazirinin müavini postunda çalışan Arif Əsgərovun da adının hallandığı, 50-yə yaxın sahibkar zərər çəkdiyi 48 milyon manatlıq mənimsəmədə «Azəravtoyol» ASC-nin sədr müavini Əvəz Qocayevin də adı keçir.

Ə.Qocayevi yaxından tanıyan mənbənin sözlərinə görə əslən Tovuz rayonundan olan məmur bu bölgədə oliqarx kimi ad çıxarıb. Onun doğma Əyyublu kəndindəki tikinti materialları satış dükanı bölgənin əsas obyektlərindəndir. Bu dükanın əsas material təhcizatı isə elə “Azəravtoyol” ASC hesabına təmin edilir. Belə ki, dövlət büdcəsi ilə alınıb istifadə olunmalı materiallar bu dükanda açıq satışa çıxarılır. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən 8 saylı Yol Yaşıllaşdırma İdarəsinin rəisi Vasif Məmmədovun da bu işdə xidmətləri müstəsnadır.

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Şəmkir, Tovuz, Gədəbəy ərazisindən keçən hissəsinə xidmət göstərən 8 saylı Yol Yaşıllaşdırma İdarəsi məhz Ə.Qocayevin patronajlığı hesabına şəxsi mülkiyyətə çevrilib. Mənbənin Dosye.org -a verdiyi məlumata görə, Ə.Qocayevin bölgədəki oliqarx fəaliyyətinin bir faktı da bacısı Afət xanımı Əyyublu kənd orta məktəbinə direktor təyin etdirməsidir. Halbu ki, bu şəxsin diaqnostik qiymətləndirməsi bu postu tutmağa imkan vermir. Dosye.org-a daxil olan digər bir məlumatda isə Ə.Qocayev və onun ailə üzvlərinin adına olan əmlaklar qeyd olunub. Həmin siyahını diqqətinizə çatdırırıq:

Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil, “Oba” MTK-da sahəsi 120 kv.m olan “NN” Gözəllik salonu, həmin salonun içinə 70000 manat dəyərində avadanlıq, “Oba” MTK-da sahəsi 180 kv.m olan 4 otaqlı mənzil,Varovski qəsəbəsində 6 sot torpağın icində 3 mərtəbə villa, “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil, “Real” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil, “Yeni Həyat” MTK Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil, Novxanıda bağ evi, (evin əşyaları 250000 manat), Novxanıda bağ evi, (evin əşyaları 400000 manat)dəyərində, “Real” MTK-də 380 kv.m olan ofis,( ofisin içinə alınmış avadanlıq 60000 manat), «S klass -20R Mersedes» markalı, 10-RX-050 dövlət qeydiyyat nişanlı avtomaşın və «Karavella Volsvagen» markalı, 90-NN-400 dövlət qeydiyyat nişanlı avtomaşın… (dosye.org)

Related Articles

050-295-94-79
top