YƏHYA MUSAYEV NAZİR TƏYİN OLUNUR?!

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycan Respublikası Müdafiə Sənayesi Naziri Yavər Camalov 5 ay bundan öncə vəfat etməsinə baxmayaraq bu quruma yeni nazir hələ də təyin edilməmişdir. Hazırda vəfat etmiş naziri onun müavini Yəhya Musayevin əvəz etdiyi bildirilir.
Redaksiyamıza daxil olmuş özəl məlumatda isə Yəhya Musayevin öz yaxın ətrafına söylədiyi fikirlərə görə o, yaxın günlərdə bu qurumun rəhbəri (naziri) təyin olunacaqdır.
Yəhya Musayev həmçinin özünün yaxın çevrəsinə onu da bildirib ki, onun təyinatı ilə bağlı artıq yekun qərar verilmiş, tək prezident İlham Əliyev cənablarının onunla bağlı sərəncamı imza etməsi qalmışdır.
Qeyd edək ki, Yəhya Musayev 1959-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində anadan olub. 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə tələbəlik illərindən başlamış Yəhya Musayev fəhlə, «Azneftyoltikintitəmir» trestində mühəndis və iqtisadçı, 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsinin Tikinti Quraşdırma İdarəsində baş mühasib, 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsində baş mühasib, Ə.C.Əmirov adına Neftqazçıxarma İdarəsində baş mühasib, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma İstehsalat Birliyində baş mühasib, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» İstehsalat Birliyində İqtisadiyyat-maliyyə və mühasibat uçotu idarəsinin rəisi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» İstehsalat Birliyində baş direktorun müşaviri vəzifələrində çalışmışdır.
O, Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilmişdir.
2012-ci ilin 11 dekabrda prezident sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.
Mətbuatda Yəhya Musayevin adı keçmiş Milli Təhlükəsizlik Naziri general-polkovnik Eldar Mahmudova yaxın bir şəxs olaraq zamanla hallanmışdır. Onların yaxın dostluq əlaqələrində olduğu da gələn informasiyalar sırasındadır. Diqqətə çatdıraq ki, Müdafiə Sənayesi Nazirinin birinci müavini olan Musayev hazırda nazir vəzifəsini əvəz etməkdədir.
Onun qardaş Türkiyədə və Dubayda iri biznesinin olduğu, Türkiyədəki biznesinə İlqar adlı qayını, Dubaydakı biznesini isə oğlu Elvin Musayevin idarə etdiyi söylənilir.
Yəhya Musayevin özünün və oğlunun Azərbaycan şou biznesinə böyük pullar yatıran məmurlardan olduğu da söylənilənlər arasındadır. Hətda oğlu Elvin Musayevin Azərbaycanın ən populyar müğənnilərində birinin əsas sponsoru olduğu və onunla qeyri rəsmi həyat yaşadığı da söylənilir.
Qeyd edək ki, nazir təyin olunmağa hazırlaşan Yəhya Musayevin oğlu Elvin Musayevin bahalı maşınlar kolleksiyasının olduğu və 123 dövlət nömrə nişanlı bir sıra bahalı avtomobillərin sahibidir.

AnTV.Az

Related Articles

050-295-94-79
top