HƏBS EDİLƏN JURNALİSTDİR, YOXSA CASUS?-ŞOK FAKTLAR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bir sıra KİV-lər, həmçinin sosial şəbəkələrdə jurnalist İlkin Məmmədlinin həbs olunduğu barədə məlumat yayılıb. Hüquq müdəfiəçisi Samirə Ağayevanın Turan İnformasiya Agentliyinə verdiyi məlumata görə, dünən Bakıxanov qəsəbəsindəki Asan xidmətə xarici pasport almaq üçün gedən İlkin Məmmədliyə orada bildirilib ki, pasport verilməyəcək, çünki ölkədən çıxışına qadağa qoyulub. Daha sonra onu Sabunçu rayonunun 13-cu polis bölməsinə aparıblar və DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil veriblər. Qeyd edilir ki, dünən axşam İlikinin idarəyə gələn atası və vəkilinə onunla görüşməyə icazə verilməyib. Xatırladılır ki, lkin Məmmədli Nardaran hadisələri zamanı 22 sutka saxlanılıb və bütün məhkəmələrə şahid qismində dəvət edilib. 

Bu məlumatı əsas götürən bəzi sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, İ.Məmmədli məhz Nardaran hadisələrinə görə saxlanılıb. Bir qism istifadəçilər isə hakimiyəti, dövlət orqanlarını tənqid edərək baş vermiş hadisəni ölkədə söz azadlığı, insan hüquqları, dini azadlıqların pozulması kimi qələmə verirlər. 

Azxeber.com İlkin Məmmədlinin hansı səbəbdən saxlanması ilə bağlı araşdırma aparsa da, bir məlumat əldə etmək mümkün olmayıb, lakin  onun fəaliyyəti ilə bağlı həqiqətən də bəzi şok detallar üzə çıxara bilib. 

Belə ki, araşdırma İlkin Məmmədlinin İrandan idarə olunan sizinyol.com saytını işlətdiyi və cənub qonşumuzun bəzi radikal dini dairələrinin maraqlarına uyğun şəkildə ölkəmizə qarşı həyata keçirilən kampaniyada fəal iştirakı ilə seçildiyini göstərib. Əldə etdiyimiz məlumata görə, İ.Məmmədov hazırda İranda yaşayan və əslən Cəlilabad rayonundan olan Əşrəf Eyvazov adlı şəxslə sıx əlaqədə olub. Sonuncu isə İranın Azərbaycana qarşı sərt mövqeyi ilə seçilən radikal şiəçilərlə yaxın əlaqədədir. 

Həmçinin, İlkin Məmmədlinin tez-tez İrana getdiyi və ya İrandan gələn şəxslərlə görüşüb onlardan maliyyə vəsaiti aldığı, sonra isə həmin vəsaiti müxtəlif KİV, QHT və ya insanlara çatdırdığı və bir növ vasitəçi funksiyasını yerinə yetirdiyinə dair ciddi faktların mövcud olduğu üzə çıxıb. Belə demək mümkündürsə, onun faktiki olaraq İranın radikal dini dairələrinin agenti olduğu və bu dairələrin Azərbaycanda pozucu fəaliyyətində fəal iştirak etdiyinə dair əsaslı şübhələr var. 

İ.Məmmədlinin məhz bu amillə, yaxud başqa səbəbə görə saxlanmasına dair hər hansı məlumat yoxdur. Hər halda, yaxın zamanlarda məsələ ilə bağlı hüquq mühafizə orqanlarından açıqlama veriləcəyi şübhə doğurmur

Related Articles

050-295-94-79
top