«AZERCELL»-DƏN ŞİKAYƏTLƏR BİTİB TÜKƏNMİR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bildirmək istəyirik ki, «Azercell»-dən şikayətlər bitib tükənmir. Mediada dəfələrlə işıqlandırmağımıza baxmayaraq «Azercell» cəzasızlığından istifadə edərək müştərilərinin haqqına girməkdə davam edir.
Sizə sosial şəbəkədə öz şikaəytini bildirən Cəmil Məmmədlinin statusunu təqdim edirik. Bildirmək istəyirik ki, bu yüzlərlə şikayətrin ancaq biridir. Teref.az olaraq biz şikayətləri səhifəmizdə yerləşdirməyə davam edəcəyik. Şikayətçi yazır:

“Cemil Memmedli
7 ч. ·
Azercell!!!
Nə qədər ki, əqrəbanızı “yad” etməmişəm, qurtarın bu gecələr interneti kəsməyinizi…
Adam nə qədər şərəfsiz, nə qədər dələduz olmalıdır ki, pulumuzu verib, aldığımız interneti də bizdən əsirgəyib, yatdığımızı düşünüb, gecələr saat 2-dən, saat 4-5-ə qədər zəiflətsin, söndürsün?!
Utanmırsız??? Bəsdi də. Bir dəfə deyək ki, qəzadandı, iki dəfə işıqdandı, üç dəfə şəbəkədə problem var…Ancaq sizin həyanız yerinə gəlmir ki, gəlmir…Eyibdi ey, haram xoşunuz olsun, puluna görə yanmıram, işim yarımçıq qalır və yuxusuz gecə keçirirəm ki, bəlkə indi düzələr…
Çox tərbiyəsiz hərəkətdir bu!!!”
Ümid edirik ki, «Azercell» bu şikayətlərə cavab verəcək. Hər halda qarşı tərəfin cavab haqqını tanıyaraq səhifəmizdə yerləşdirməyə söz veririk!

Teref.az

Related Articles

050-295-94-79
top