“MAAŞIM MƏNƏ BƏS EDİR” – DEPUTAT

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Milli Məclisin deputatı Mirkazım Kazımov millət vəkili həmkarı Qüdrət Həsənquliyev deputat maaşının artırılması ilə bağlı çağırışına münasibət bildirib

Mirkazım Kazımov “Ölkə.Az”a açıqlamasında deyib ki, indiki məqamda buna ehtiyac görünmür:

“Qüdrət Həsənquliyev partiya sədri olduğu üçün belə çıxış edir. Mən Yeni Azərbaycan Partiyasının üzvü olduğum üçün maaşla bağlı müstəqil fikir söyləməyə ehtiyac görmürəm. İndi bu yaxınlarda gələn il üçün Dövlət Büdcəsi qəbul olunacaq. O zaman ola bilsin ki, Milli Məclis deputatlarının da maaşlarında artım olsun”.

Deputat maaşından da razı olduğunu söyləyib:

“İndiki maaşımdan narazı deyiləm. Yəqin ki, Qüdrət bəy partiya sədri olduğu üçün xərcləri də çoxdur. Amma aldığım maaş mənə bəs edir”.

Xatırladaq ki, deputat Qüdrət Həsənquliyev Milli Məclisdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı deputatlarının maaşının artılmasını təklif edib:

“Cənab Prezident 1 may 2017-ci il tarixdə fərman imzalayıb və fərmana əsasən, yol hərəkəti qaydalarına görə, Vergilər Nazirliyi tərəfindən təyin olunan cərimələrin 25 faizinin 5 faizi, dövlət rüsumu haqqında qanuna uyğun olaraq toplanan rüsumların 25 faizinin 5 faizi Prezident Administrasiyasının əməkdaşlarının əmək haqlarına əlavə edilir.

Düşünürəm ki, bu yaxınlarda Nazirlər Kabineti ilə bağlı da belə qərar qəbul olunacaq. Cərimələrin 2 faizi onların əmək haqlarına yönəldiləcək.
Milli Məclisə də heç olmasa buradan 3 faiz ayrılsın. Ya da cərimələr üzrə əlavələrin verilməsi qaydası tamamilə ləğv olunsun. Vahid əmək haqqı ilə bağlı tarif müəyyən olunsun. Prezident hər dəfə əmək haqqının artırılması ilə bağlı sərəncam imzaladıqda bu, hamıya şamil olunsun”.

Related Articles

050-295-94-79
top