TÜRKİYƏDƏ ZƏRRABLA BAĞLI QƏRAR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

İstanbul məhkəməsi ABŞ-da keçirilən türkiyəli bankir Hakan Atillanın işi üzrə şahidlik edən İran əsilli türk milyarderi Rza Zərrabın həbsi ilə bağlı order verib.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.

Rza Zərrab İran, Azərbaycan, Türkiyə və Makedoniya vətəndaşlığına sahibdir. 2008-ci ildə Rza Zərrab türkiyəli pop-ulduz Ebru Gündeşlə evlənib və 2011-ci ildə onların qızı olub. 2016-cı ilin sentyabrında Ebru boşanma ilə bağlı məhkəməyə müraciət edib, ancaq tezliklə cütlük münasibətləri bərpa edib.

Zərrab Türkiyənin İstanbul şəhərinin Beykoz rayonunda şəxsi villasında qanunsuz təmirdə ittiham olunub. Buna görə onu üç ilə qədər həbs cəzası gözləyir.

Məhkəmə Zərrabın hüquqi statusunu müəyyənləşdirmək xahişi ilə Türkiyə xarici işlər və ədliyyə nazirliklərinə, eləcə də, Türkiyənin Vaşinqtondakı səfirliyinə müraciət edib.

Xatırladaq ki, ABŞ-da həbs edilən iş adamı Rza Zərrabın cinayət işi “ABŞ Atillaya qarşı” şəklində dəyişdirilib. Həmin prosesdə təkcə “Halkbank”ın baş direktor müavini Hakan Atilla müttəhim kimi dindirilib. Rza Zərrab məhkəmədə Hakan Atillaya qarşı şahidlik edib. Atilla ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham edilir.

Related Articles

050-295-94-79
top