NURMƏHƏMMƏDOVUN MENECERİ MEYVEZERLƏ DÖYÜŞ HAQQINDA DANIŞDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Rusiyalı qarışıq döyüş növləri ustası Həbib Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz 41 yaşlı boksçu Floyd Meyvezerlə döyüşün MMA qaydaları üzrə keçirilməsi ehtimalının az olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, daha əvvəl Mütləq döyüş çempionatının (UFC) prezidenti Den Uayt döyüşün boks qaydaları ilə baş tutmayacağını bəyan etmişdi.

“Düşünmürəm ki, hansısa idman komissiyası bu döyüşün MMA qaydaları ilə keçirilməsinə razılaşacaq. Bu, qanunsuz olardı. Bu, könüllü qətl olardı.

Həbib nəhəngdir. Boks zamanı onu bütün bədəni ilə bağlayacaq və yoracaq. Yüz faiz əminəm ki, Həbib qalib gələcək”, – Əli Əbdül-Əziz deyib.

Related Articles

050-295-94-79
top