BAKIDA KAFE YANDI – 3 NƏFƏR ÖLDÜ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Bakıda üç nəfərin ölümü ilə nəticələnən yanğın olub.
FHN-dən Unikal.org-a verilən məlumata görə, Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 m² olan kafenin yanar konstruksiyaları 10m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Related Articles

050-295-94-79
top