QAXDA 58 YAŞLI QADIN XƏSTƏXANADA ÖLDÜ, PROKURORLUĞA MÜRACİƏT EDİLDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Qax rayonunda şəkərli diabet xəstəsi xəstəxanada dünyasını dəyişib.

Hadisə noyabrın 1-də baş verib. Rayonun Güllük kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədova Tamam Qurban qızı həmin tarixdə insulit və şəkərli diabet xəstəliyi ilə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib.

Qadının həyat yoldaşı Məmmədov Mais Hacıməmməd oğlu mərhumun ölümündə xəstəxananın tibbi personalını günahlandırıb və faktla bağlı rayon prokurorluğuna müraciət edib.

Müraciət əsasında meyit məhkəmə-tibb ekspertizasında daxili müayinə olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.xalqxeber.az

Related Articles

050-295-94-79
top