DEPUTATDAN HİMNLƏ BAĞLI QALMAQALLI TƏKLİF: “HƏCMİ AZALDILSIN”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Mən uşaqlarım hələ kiçik yaşlarında olanda onları məcbur etmişəm ki, dövlət himnimizi əzbərləsinlər, bilsinlər”.

Bunu Milli Məclisin bu gün keçirlən iclasında deputat Tahir Kərimli deyib.

Deputat dövlət himinin həcminin azaldılmasını təklif edib.

“Dünya ölkələrinin əksəriyyətində dövlət himnləri 2 dəqiqə səsləndirilir. Ancaq bizdə isə dövlət himnimiz 4 dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır. Əzəmətli himnə çevirmək lazımdır.

Bildiyimiz kimi, dahi bəstəkarımız Üzeyir Hacıbəyov Sovet ittifaqının da himnini hazırlayıb. Açığını deyəcəm, o bundan daha cazibədar idi. Təklif edirəm ki, himnin həcmi azaldılsın”.

Related Articles

050-295-94-79
top