“CİNAYƏT İŞİ GÖYÇAY RAYON PROKURORLUĞUNDAN ALINSIN…” – OĞLU İNTİHARA MƏCBUR EDİLƏN ANADAN BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Göyçay rayonu Hacağabəyli kənd sakini Fətəliyeva Firəngiz Qüdrət qızı tərəfindən Xalqxeber.Az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, övladı Fətəliyev Anar Tahir oğlu intihar həddinə çatdırıldığı üçün özünü asaraq öldürüb: “Buna görə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə başlamış cinayət işi üzrə Göyçay rayon prokurorluğunda müstəntiq Anar Nuriyev saxtakarlıqla, qanunszuluqla ibtidai istintaq aparır. Mən mətbuat vasitəsi ilə Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm ki, mənim oğlumun intihar həddinə çatdıran 4 nəfər şəxsin məsuliyyətdən kənarda saxlanılmasının qarşısını alıb, tədbir görəsiniz.

Göyçay rayon Prokurorluğunda ibtidai istintaq qeyri-obyektiv aparılır. Oğlum Fətəliyev Anarın intihar həddinə təqsirləndirilən şəxs Məryəm tək yox, onun qızı Günel, oğlu Ramil və kürəkəni Zaur Nuriyev əlbir olub çatdıraraq, bu cinayəti törədiblər. Mənim şikayət ərizələrimdən sonra Baş Prokurorluqda bizi qəbul edib dinləyib, qanunu tədbirlər görüləcəyinə söz verildi. Ancaq indiyə qədər heç bir tədbir görülmədi. 4 nəfər cinayət törətmiş şəxs hələdə məsuliyyətə cəlb edilməmişdir. Çünki onlar bunun müqabilində küllü miqdarda rüşvət veriblər. Bizim isə rüşvət verməyə maddi imkanımız omasa da, Mehriban Əliyeva kimi ədalətli Birinci vitse-prezidentimiz var.

Bir daha qeyd edim ki, 20 iyul 2018-ci il tarixdə oğlum Anarı intihar həddinə çatdıran Məryəm, onun qızı Günel, oğlu Ramil və kürəkəni Zaur Nuriyev olub. Bunu isə təsdiq edən konkret və mötəbər subutlar var. Ancaq cinayət işini aparan Göyçay rayon prokurorluğu bir qrup şəxsi cinayət məsuliyyətindən yayındırıb, qanunsuzluq etmişdir. Biz bu cinayət işinin Göyçay rayon Prokurorluğunda aparılmasına etiraz edirik.

Mən bir ağbirçək ana kimi mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edirəm. Oğlum Fətəliyev Anarın özünü öldürmə həddinə çatması ilə bağlı açılmış cinayət işinin Göyçay rayon Prokurorluğundan alınaraq, ibtidai istintaq edilməsi üçün başqa rayon prokurorluğuna verilməsinə tapşırıq verməyinizi və cinayəti törətmiş digər şəxslərində cinayət məsuliyyətinə cəlb edilməsi barədə qanunu tədbirlər görməyinizi xahiş edirəm”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xalqxeber.Az

Related Articles

050-295-94-79
top