YEDDİ İDMANÇIMIZDA DOPİNQ TAPILDI – ADLAR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycanın daha yeddi idmançısı dopinqdən istifadəyə görə cəzalanıb.

Bunların altısı taekvondoçulardır. Belə ki, Ofeliya Allahverdiyeva, Samir Məhərrəmov, Nərgiz Mirzəyeva, Yunis Məmmədzadə, Şəms İsayeva və Cavid Hüseynov bir illik yarışlardan kənarlaşdırılıblar. Bütün bu idmançılarda furosemid maddəsi tapılıb.

Bundan başqa, cüdoçu Kənan Quluzadə də bir illik cəzaya məruz qalıb. Onda meldonium aşkarlanıb.

Qeyd edək ki, AMADA yarandıqdan sonra dopinq tapılan yerli idmançıların sayı 31-ə çatıb.

Related Articles

050-295-94-79
top