O DA GEDİR… – MAHİR QULİYEV BÖYÜK PULLARI YEYİB

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Dünən ölkə prezidentinin sərəncamları ilə Səbail, Beyləqan və Şamaxı rayonlarına yeni icra başçıları təyin olundu. Xatırladaq ki, Şamaxının icra başçısı olmuş Asif Ağayev təkjrar etimada layiq görülərək Beyləqan təyinat almağa müvəffəq oldu. Səbail və Şamaxıya isə yeni kadrlar gətirildi. Bununla bağlı danışan mənbə bildirir ki, icra başçılarının gözlənilən ələmə prosesi indi-indi intensivləşir və bundan sonra daha da geniş miqyas alacaq. Çünki söhbət 20-yə yaxın rayonun rəhbərinin dəyişdirilməsindən gedir.

Mənbənin söylədikləıri: “İlk hədəflərdən biri də Biləsuvarın icra başçısı Mahir Quliyevdir. Hazırda onunla bağlı tədarüklər var və yaxın vaxtlarda qərar elan olunacaq”.

Mənbə Mahir Quliyevin Asif Ağayevdən fərqli olaraq təkrar etimada layiq görülməyəcəyini xüsusi olaraq vurğulayıb. Dia.az-a bildirilənə görə, Mahir Quliyevin ayağında təxminən 300 min manata yaxın büdcə yeyintisi faktı olduğundan onunla hakimiyyətin yolları birdəfəlik ayrılır.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.

DİA.Az

Related Articles

050-295-94-79
top