BAKIDA İTLƏR İŞGƏNCƏ İLƏ ÖLDÜRÜLDÜ – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 1
    Share

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi nəzarət altında sterilizasiya edilmiş, yəni quduzluğa qarşı peyvənd olunmuş, sahibsiz itlər naməlum şəxslər tərəfindən güllələnib.

Xəzər TV-yə istinadən məlumata görə, itlərin işgəncə ilə öldürüldüyü iddia edilir.

Sakinlər deyir ki, həmin heyvanlar ətraf üçün heç bir təhlükə yaratmırdılar.

Qeyd edilir ki, öldürülən itləri maşına yığıb aparıblar. İki it isə yaralı vəziyyətdə ağacın altında qalıb.

Sahibsiz heyvanların xilası və qorunması işi ilə məşğul olan Yelena Simokina adlı şəxs isə qəsəbədə öldürülən itləri götürərək IDEA heyvanlara qayğı mərkəzinə üz tutub.

Faktla bağlı polisə müraciət olunacaq.

Xalqxeber.az

Related Articles

050-295-94-79
top