UÇOT DƏRƏCƏSİ AZALDILDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 1
    Share

Mərkəzi Bankin idarə heyəti bu gündən uçot dərəcəsinin 10 faizdən 9.75 faizə endirilməsi haqda qərar qəbul edib.

AMB sədri Elman Rüstəmov qeyd edib ki, faiz dəhlizinin yuxarı və aşağı hədəfləri isə uçot dərəcəsinə – yuxarı hədd 11.75, aşağı hədd 7.75 faiz kim dəhlizdə müəyyənləşib:

“İdarə heyətinin son toplantısından keçən dövr ərzində inflyasiya azalmaqda davam edib. 9 aylıq orta illik inflyasiya (2.6 faiz) Mərkəzi Bankın cari ilə hədəf dəhlizində aşağıda formalaşıb. İnflyasiyanın həm xarici, həm də daxili risk amillərinin yumşalması fonunda Mərkəzi Bank cari ilə inflyasiyanın 3-4 faiz ətrafında olacağını proqnozlaşdırır”.

E. Rüstəmov qeyd edib ki, 2018-ci ilin 9 ayında orta illik inflyasiya 2,6 faiz təşkil edib, üçüncü rüb ərzində ritmik templə azalıb.

www.xalqxeber.az

Related Articles

050-295-94-79
top