QAÇQIN STATUSU HANSI HALDA LƏĞV OLUNUR ? – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana etiraz etdiyinə görə barəsində deportasiya qərarı çıxarıldığını iddia edən jurnalist Adil Yigitin üzləşdiyi problem qaçqın statusunun hans halda ləğv edilməsini gündəmə gətirib. AzEuroNews.com mövzu ilə bağlı Almaniyanın Düsseldorf şəhərində fəaliyyət göstərən “Leqat”  inteqrasiya mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyevə müraciət edib. 

Ə.Əliyev saytımıza açıqlamasında həm qaçqın stausunun ləğvi halları həm də, jurnalist Adil Yiğitin deportasiya edilməkdən necə xilas ola biləcəyi ilə bağlı danışıb.

 

Məlumat üçün bildirək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Berlin səfəri zamanı Merkel ilə birgə keçirdiyi mətbuat konfransında etiraz edən jurnalist Adil Yiğit deportasiya ediləcək. 

A.Yiğit həmin mətbuat konfransında şüar yazılan köynəyi geyinərək Ərdoğana etiraz etmiş, Türkiyədə həbsdə olan həmkarlarının azad olunmasını tələb etmişdi.

İndi Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) jurnalist A.Yiğit barəsində deportasiya qərarı verib. 

Qərarda səbəb kimi göstərilib ki,  A.Yiğit Türkiyə pasportunu geri alıb : “Bu halda artıq o mühacir sayıla bilməz”.  

BAMF-ın jurnalistə göndərdiyi məktubda qeyd olunur ki, ölkəni könüllü tərk etməsi ilə bağlı yanvarın 22-ə kimi vaxtı var. Əks təqdirdə o, zorla deportasiya ediləcək. 

Mövzu ilə bağlı danışan jurnalist A.Yiğit isə bildirib ki,  uşaq vaxtlarında Fransaya mühacirətə gedib. Sonra Almaniyaya gələn jurnalist artıq 40 ildir ki, burada yaşayır. 

“Almaniyanın mənə mühacir kimi verdiyi pasportu özüm geri qaytarmışam. Bu ölkədə qanuni olaraq 40 ildir yaşayıram. Türkiyə pasportumu geri alan kimi problemlər başladı. Ərdoğan mənim haqqımda sərt sözlər demişdi. İndi Ərdoğan mediası məni hədəfə alıb. Bir yandan da məni Türkiyəyə sürgün etmək istəyirlər. Budur Almaniya demokrtasiyası?” 

Related Articles

050-295-94-79
top