NAZİRDƏN QANDONDURAN İŞ: II QRUP ƏLİLƏ 136 MANATI ÇOX GÖRDÜ, PENSİYANI KƏSDİ – FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bərdənin A.Məmmədov küçəsi 1 ünvanında yaşayan Əliyev Mütəllim Fərman oğlunun bir ayağı amputasiya olunub. O, 2-ci qrup əlildir və 136 manat pensiya alır. Daha doğrusu, alırdı…
Anaxeber.info-ya verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əlillik dərəcəsinin 1-ci qrupa keçilməsi üçün müraciət edib. Lakin nazirlik nəinki onun işinə baxıb, aldığı qəpik-quruş pensiyanı da kəsib.

Danışanda “ağzına çullu dovşan sığmır”
M.Əliyevin sözlərinə görə, ƏƏSMN-də işinə baxıldığı və gözləməli olduğu deyilib. Amma nazirlik onun yeganə çörək pulu olan pensiyasını vermir.
Heç bir məntiqli izah və qanuni əsas göstərməyən nazirlik iki övladı olan 2-ci qrup əlilini çarəsiz və ümidsiz vəziyyətə salıb. Onun həyat yoldaşı da işləmir, özü əmək qabiliyyətini itirib, heç bir qazanc yeri yoxdur.
Təəssüf ki, ƏƏSMN əlil vətəndaşın təqaüdünü belə vermir ki, evinə çörək və bir kilo ət alıb, ay ərzində onu yesin. Danışanda “ağzına çullu dovşan sığmayan” nazir Sahil Babayevin guruldaması da göründüyü kimi, publikaya bir şou imiş.
Bu sahədə Səlim Müslümovun siyasətindən fərqli iş görməyən Sahil Babayev sosial gərginlik yaratmaqdadır.
Əslində, vətəndaş M.Əliyevin tam haqqı çatır ki, nazirliyi məhkəməyə versin, almadığı pensiyanı geri tələb eləsin.
Sadəcə, imkansız və yoxsulluq içində yaşayan bir əlilin buna nə maddi, nə fiziki gücü çatır. Məhkəməyə iddia ərizəsi verilməli, vəkil tutmalı, proses keçirilməli, get-gəl, qərarın icrasına nail olmaq və s. bu müddətdə isə görəsən onun ailəsinə kim yemək verəcək?
Sahil Babayevin əlilin pensiyasına göz dikdiyini iddia edə bilmərik. Ancaq görünür ki, nazirliyin aşağı palatasında hansısa məmurlar əlillərin pensiyalarını mənimsəmək üçün bürokratik əngəllər yaradırlar.
Neft ölkəsi və nazirin restoranda 136 manat hesabı…
Halbuki, nazir vəzifəsinə təyin olunanda S.Babayev islahatlara, şəffaflığa vədlər verirdi, rüşvətsiz sosial sahədən əh-bəhlə danışırdı, inandırırdı ki, Səlim Müslümov olmayacaq. Necə ki, sabiq nazir də ilk günlərdə belə pafoslu çıxışlar edir, bəzi məmurları danlayır, cəzalandırırdı.
Amma tezliklə S.Müslümov da, S.Babayev də korrupsiya və rüşvətə bulaşmış bu sektorun bataqlığında çirkaba qarışdılar, nə özlərini, nə bu sahəni xilas etdilər.
Əksinə, gözləntiləri yerə vurub, köhnə əyyamları davam etdirdilər. Bunun əziyyətlərini isə Mütəllim Əliyev kimi əlillər çəkirlər. Ona neft ölkəsində, sərvətlərindən dünyanın belə bəhrələndiyi bir dövlətdə 136 manatı da çox gördülər.
Və hər gün restoranda 136 manat hesab ödəmək imkanı olan S.Babayevin II qrup əlilin I qrup əlillik üçün müraciətinə baxılması barədə göstərişi vermək, gənc nazir kimi işlədiyini prezidentə heç olmasa nümayiş etdirmək əvəzinə onu II qrup əlil kimi pensiyasından da məhrum edirsə, artıq burda susmaq lazım gəlir.
Ya S.Babayevin yeri səhv düşüb, ya da nazirlikdə aşağı ranqda olan məmurlar vicdanını itiriblər. Bu ilin mayında nazir bildirmişdi ki, saxta əlillik təyinatlarına yol verənlər sərt cəzalandırılacaq.
Hərçənd ki, saxta əlillik alanların cərgəsi genişləndikcə, Mütəllim Əliyev kimi həqiqi əlillərin pensiyası kəsilir.

Sahil Babayevin prezidentə pisliyi
Sosial təminat sahəsinin naziri vətəndaşı dövlətdən narazı salmaqla, prezidentin gözlədiyi dəyişiklikləri etmədən rüşvətdə status-kvonu saxlamaqla, M.Əliyev kimi insanların müraciətinə baxmadan gərginliyi artırmaqla ölkədə yoxsulluğu dərinləşdirir, sosial etirazlar zəmini hazırlayır.
Axı S.Babayevin təyinatı məhz S.Müslümov və Füzuli Ələkbərov dövründə olan eybəcərliklərə son qoymaq məqsədi idi?! Nə üçün nazir xələflərinin yolunu gedir, bir ailəni aclığa sürükləyir, onları ac-yalavac qoyaraq ölkəni Ermənistan və bizi sevməyən başqa ölkələrində KİV-ində rüsvayçı vəziyyətə salır?
Biz bu məsələni yazmaya bilərdik, o halda ki nazirlik vətəndaşın probleminə zamanında baxsın. Amma M.Əliyev 136 manat pensiyasından da məhrum edilib və rədd cavab alıbsa, medianın işi işıqlandırmaqdır.
Bu arada mətbuatda da kifayət qədər faktlar var. Əlillik dərəcələrinin təyin olunmasında obyektivliyə və şəffaflığa təminat verən elektron sistem əslində saxta əlilliyin azalmasına imkan yaratmalı idi.
Belə ki, 2017-ci ildə ilkin əlillik təyin olunanların sayı, 2016-cı illə müqayisədə 12 min 538 nəfər və ya 31 faiz az olması ilə bağlı məlumatlar da mətbuatda dərc olundu.
Əvvəlki illə müqayisədə ilkin olaraq əlillik dərəcəsi verilənlərin sayı 26 faiz və ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayı 49 faiz azaldığı da iddia edilmişdi.
Məsələnin iddia edilən kimi davam edəcəyi təqdirdə ölkədə məhz bu sahədə hər hansı bir qanunsuz iş olmamalı idi. Lakin yenədə vətəndaş deyil, ƏƏSMN-nin bəzi “kadrlarının” hesabladıqları oldu.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 2016-cı ilin əvvəlindən I dərəcə əlilliyin müddətsiz müəyyən olunmasının, II və III dərəcə əlilliyin müddətinin beş ilədək, sağlamlıq imkanlarının məhdudluğu müddətinin 3 ilədək uzadılmasının əlilliyin hər il təkrar qiymətləndirilməsi praktikasının aradan qalxmasına səbəb olduğunu və həmin insanlar tərəfindən razılıqla qarşılandığını qeyd edildi.
Bu islahatların aparılması ilə ümumilikdə 250 minə yaxın insanın hər il təkrar müayinədən keçməsi zərurəti aradan qaldırılıb. Əslində bütün problemlərin kökündə də məhz bu amil durdu.
Ümidvarıq ki, gənc nazirin gənc mətbuat katibi Fazil Talıblı II qrup əlil Mütəllim Əliyevin pensiyadan məhrum edilməsi məsələsinin həlli üçün çırmanacaq…

Xalqxeber.az

 Mətndə sə

Related Articles

050-295-94-79
top