NAMİQ NANƏNİN VERİLİŞİNƏ ÇIXMAQDAN İMTİNA ETDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Meyxanaçı Namiq Qaraçuxurlu ATV-də yayımlanan “Şou ATV ” verilişinə çıxmaqdan imtina edib

AYDINLIQ.AZ axşam.az-a istinadən xəbər verir ki, proqramın aparıcısı Nanə Ağamalıyeva hər həftənin cümə günü proqramına meyxanaçıları dəvət edir.

Bu günlərdə isə o, Namiqi qonaqları sırasında görmək istəyib. Qaraçuxurlu isə bundan imtina edib. O, digər meyxanaçılarla eyni verilişdə yer almaq istəmədiyini bildirib. Namiqin tələbi verilişin tək ona həsr edilməsi olub.

Qeyd edək ki, N.Qaraçuxurlu bu xəbəri “ATV maqazin onlarla”ya açıqlamasında da təsdiqləyib. O, adını açıqlamadığı proqrama həmkarları ilə qonaq olmaqdan imtina etdiyini söyləyib.

Related Articles

050-295-94-79
top