HACI RAMİZİN XIRDALANDAKI ÇÖRƏK SEXİNDƏ – GÜNƏMUZD İŞÇİLƏR VƏ QANUNSUZLUQLAR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Abşeron rayonunda çörəy monopliyasnı əlinə alan Hacı Ramiz kimi tanına sahibkarla bağlı narazılıqlar var.

Bu barədə Paytaxt.org-a məlumatlar daxil olub. Bildirilir ki, Hacı Ramiz illərdi çörək biznesi ilə məşğul olur. Xırdalanda “Hacı Ramizin çörək sexi” kimi tanınan sexdə natimizlik və neqativ hallar baş alıb gedir. Beləki, əldə edilən unun təmizlənməməs, qalıq çörəklərin yenidən hazırlanıb satışa verilməsi, işçiləri günəmuzd işlədilməsi, bişirilən çörəklərin qanunla nəzərdə tutulan qramından az olması, satışa buraxılan məhsulun içindən yad cisimlərin çıxması alıcılarda kütləvi narazılıqlar yaradıb. İddiaya görə, neqativ vəziyyətlə dolu sexdə vergidən yayınma və əmək müqavilələrin bağlanmaması ciddi hallardan biridir. İnsan əməyindən geniş istifadı edən iş adamı Hacı Ramiz rəhbəri olduğu sexdə, işlətdiyi insanların həyatını təhlükəyə atmaqdadı. Onlarla insanı isti, soyuq bilmədən sexdə əmək – suğortası olmadan işlətməsi hörmətli hacının qanunlara hörmətsiz yanaşması kimi də qəbul edilə bilər…
Qeyd edək ki, “Hacı Ramizin çörək sexi” kimi tanınan müəssə ilə bağlı araşdırmalar aparıldıqdan sonra daha dolğun məlumat verməyə çalışacağıq.

 

Related Articles

050-295-94-79
top