EKOLOGİYA NAZİRLİYİNİN BÖLGƏDƏ APARDIĞI KADR SİYASƏTİ QOCALAR EVİNİ XATIRLADIR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Mövzunun aktuallığını nəzərə alaraq bir qədər əvvəl Əlmaniz Ələkbərli Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, diaspor. info saytının baş redaktoru tərəfindən yazılmış bu tənqidi araşdıramanı oxuculara təqdim edirik.
Müstəqilliyini qazandığı qıssa bir vaxtdan sonra, Azərbaycan xalqı Ümummilli liderimizin ideyaları, onun uzaqgörən siyasəti sayəsində yalnız irəli gedir. Ulu öndər Azərbaycan dövlət müstəqilliyinin itirilməsi təhlükəsini aradan qaldırdıqdan dərhal sonra, kadr islahatlarına başladı. Səriştəsiz kadrları daha peşəkarları ilə əvəzlədi. Teref.az diaspora.info-ya istinadən yazır ki, ümummilli liderimizin gənc kadrlara xüsusi diqqət yetirdiyi hələ sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik etdiyi dövrdən çoxlarına bəllidir. Bu gün Azərbaycan respublikasının bir çox qurumlarındakı əsas kadrları, vaxtilə Ulu öndərin Rusiyaya göndərdiyi gənc tələbələrdən ibarətdir. Düzdür Heydər Əliyevin bu siyasəti bu gün də davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il dünyanın aparıcı təhsil müəssisələrinə bir çox azərbaycanlı balaları da, oxumağa, təhsilini artırmağa gedirlər. Bu təqdirəlayiq hadisədir. Lakin nədənsə bir çox sahələr də vardır ki, gənc kadrların yerinə təqaüddə olan polis rəisləri vəyaxud adı həmişə pul maxinasiyasında hallanan “Voyenkomlar” gətirilir.Əslində bu sualın cavabı hamıya gün kimi aydındır. Məntiqlə düşünəndə, ağıllı adamın ağlına ilk gələn yalnız və yalnız maddiyyatdır. Məsələn, “ 9” saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov. İllərdir Sabirabad, Qax və bir çox rayonlarda hərbi komissar işləmiş bu insan bir ildir ki, gecə gündüz yatmır Dövlət qulluğuna hazırlaşır. Lakin imtahandan keçə bilmir ki, tutduğu vəzifəyə sahib olsun. Yəni hazırda Ekologiya sahəsində rəhbər vəzifəsini müvəqqəti əvəz etdiyi üçün, yerini tam bərkidərək, bölgənin təbiətinə tam qənim kəsilə bilmir. Ancaq öz köhnə əməllərindən də, əl çəkə bilmir. Məsələn, bu günlərdə mənim yazdığım tənqidi yazıdan sonra, “Maşın yuma məntəqələrinə” elçi göndərərək onların hər birini minlərlə manta cərimə etməyi tapşırmışdı. Mən Ekologiya işçilərini küçədə görüb onlarla xeyli söhbətləşdim. Məlum oldu ki, Əlikram Qasımov yenə də savadsız rəhbər olduğunu öz əməlləri ilə isbatlayır. Əziz oxucular mən sual edirəm “ 9” saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov cənabları Şəki, Qax Zaqatala və Balakən rayonları ərazisində fəaliyyət göstərən maşın yuma məntəqələrini işlədiyi müddətdə neçə dəfə min manta cərimələyib? Səbəbini göstərə bilərmi? Aldığımız məlumata görə belə faktlara bir illik fəaliyyəti dövründə heç kim rast gəlməyib. Yaxşı bəs indi nə oldu?Nə dəyişdi? Gözləyirdiniz ki, mən tənqidi yazı yazım sonra? Hörmətli ETSN Muxtar Babayev sizə bir təklifim var. Onsuzda ağac kəsəni mən tuturamsa, maşın yuma məntəqələrindəki problemləri mən tapıramsa, Qum daşıyanları, təbiətimizə zibil ataraq münbit torpaqları bərbad hala salanları mən tapıb aşkar edəcəyəmsə bəs onda “ 9” saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov nə işlə məşğul olacaq? Özünün də şəxsən mənə dediyi kimi mənim aşkarladığım faktlarla bağlı kimlərisə yalnız cərimələməklə məşğul olacaq? Hörmətli Muxtar müəllim bu qədər işçi yalnız bir qəbz yazaraq, kimlərisə cərimələməklə məşğul olmaqla öz işini bitmiş hesab edirsə, sizdən rica edirəm, dövlətimizin büdcəsini havaya sovurmayın. Mən tək həmin qəbzləri yaza bilərəm və dövlətimizin büdcəsinə xeyli qazanc da, gəlmiş olardı.

Zaqatala rayonunda uzun illər işlədiyim üçün məni çox adam tanıyır. Bir iki dost-tanış yazdığım tənqidi məqalələrə görə mənə minnətdarlıq edərək, ekologiya sahəsinə xüsusi diqqət ayırmağımı xahiş etdilər. Ancaq söz arası mənə dedikləri iki-üç kəlmə söz məni yaman tutdu:” müəllim keçmiş voyenkom hər yerdə deyir ki, mən yeni naziri də, görmüşəm, daha mənə ölüm yoxdur. Kim nə yazır yazsın, mən palıdı da, qoz ağaclarını da kəsəcəyəm. Jurnalistin işi yazmaqdır, qoy yazsın, bu yazdıqlarına görə məgər mənə irad tutan oldu ki, bundan sonrası da olsun?”

Əslində mən Muxtar Babayevi şəxsən tanımasam da, onun rəhbərlik etdiyi sahədəki bir çox insanlarla tanışlığım var. Onlarla söhbət edərkən mənə dedilər ki, Muxtar müəllim çox ciddi adamdır, əgər o desə ki, meşəni kəsmək olmaz deməli olmaz!Yüz Əlikram kimi voyenkom gəlsə belə naziri heç bir vasitə ilə ələ ala bilməz!

Görünən budur ki, yeni nazirin bölgədən qəti xəbəri yoxdur.Əks halda bir komissiya göndərərək, qanunsuzluqların başında kimlərin dayandığını araşdırardı. Hamıya məlumdur ki, Zaqatala-Balakən bölgəsinə də, təqaüddə olan keçmiş polis polkovniki rəhbərlik edir. Görünür elə ona görədir ki, çox tez-tez Qoruq ərazisindən Narkotik bitgilərlə dolu plantasiyalar tapılır?

Əslində Ulu öndər meşələrimizə qənim kəsilənlərə qarşı çox ciddi mübarizə aparırdı. Hətta iş o yerə çatdı ki, Ümummilli liderimiz Heydər Əliyev dedi: “Ağac kəsən sanki mənim qolumu kəsir”

Bəli, neçə ki, Ulu öndər sağ idi bu məsələ xeyli sakitləşmişdi. Lakin sonradan ETSN Meşələrin mühafizəsi departamentinə Rövşən Cəlilov rəhbərlik etməyə başladı və bununlada nə palıda, nə də ki, digər qiymətli ağaclara ürək yandıran tapıldı. Əgər çox hörmətli nazirimiz Muxtar Babayev kəsilən meşələrlə tanış olmaq istəyirsə, mən şəxsən özüm də, kömək edərək, onlara bəzi meşələrin necə bərbad hala salındığını göstərə bilərəm. Aldığım qeyri-rəsmi məlumata görə bu günlərdə ETSN aparat rəhbəri meşə mühafizəsi və bərpası müəssisələrinin direktorlarını nazirliyə çağıraraq test edib. MMBM direktorları bu testdən çox razı qalıblar. Deyəsən yeni nazirimiz də, sələfi kimi “dovşana qaç, tazıya tut deyəcək?!”

Lakin hesab edirəm ki, Əlikram Qasımov dediyi kimi ETSN Muxtar Babayevi görübsə belə, onun Şimal-Qərb bölgəsindəki təbiətimizə qənim kəsilməyə haqqı yoxdur. Bu məsələ ilə bağlı daha yuxarı instansiyalara da, müraciət olunacaqdır.

Əlmaniz Ələkbərli.
Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliyinin üzvü.
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!

Teref.az

Related Articles

050-295-94-79
top