QAŞIQÇININ QƏTLİ 11 SENTYABIR TERAKTININ SSENARİSİDİR?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Camal Xaşuqci cinayəti modern 11 sentyabr ssenarisidir. 11 sentyabr 2001-ci ildə dünya yeni bir günə göz açmışdı

Cahan.info xatırladır ki, 2 oktyabr 2018-ci ildə də eyni şey oldu. Eyni metod, eyni ağıl hərəkətə keçdi.

Xatırlayın, 11 sentyabr hücumlarını etməkdə elan olunan 19 adamdan 15-nin Səudiyyə Ərəbistanı vətəndaşı olması təsadüf idimi? Əlbəttə, xeyr. Bu, trilyon dollarlıq əməliyyatın işarəsi idi. Çünki Səudiyyə Ərəbistanı ölkə neftinin yönünün ABŞ tərəfindən müəyyən edilməməsi üçün bəzi qərarlar almışdı. Əsas məsələ bu idi.

Hücumdan, təqribən, 6 ay sonra ABŞ Prezidenti Corc Buş o zaman vəliəhd-şahzadə olan Abdullah bin Əbdüləziz əl-Səudu Texasda qəbul etdi. Neftin sahibi neftə ev sahibliyi edən Texasa çağırıldı.

Buş Abdullah bin Əbdüləziz əl-Səuda “Amerika istiqrazlarını almağınızı istəyirəm. 15 Səudiyyə vətəndaşının bu hücumu xalqımızı dərindən yaraladı. Həm də Səudiyyə neftinin 50%-nin satış hüququnu istəyirəm” dedi…

Təbii, bunlar unuduldu. 2002-ci ilin aprel ayındakı bu görüşdən sonra Səudiyyə Ərəbistanı 169 milyard dollarlıq ABŞ istiqrazı aldı, ardınca da 10 il içində 400 milyard dollarlıq silah alqısı haqda anlaşmaya imza atdı. ABŞ şirkətlərinin 10 ildə Səudiyyə neftindən əldə etdikləri qazanc isə 242 milyard dollara yaxın oldu.

11 sentyabr elə böyük silah idi ki, Obama da prezidentlik müddətinin başa çatmasına bir neçə ay qalmış hücumlara görə Səudiyyə Ərəbistanını günahlandırdı.

750 milyard dollar məsələsi danışılmağa başlandı. O, 750 milyard dollar Səudiyyə pulunun 11 sentyabr zərərçəkənləri arasında paylaşdırılacağını söylədi.

Onsuz da ABŞ qanunlarına görə, 11 sentyabrda zərər çəkənlərə təzminat ödənmişdi. Səudiyyə Ərəbistanından gizlicə alınan təzminatın miqdarı da 2,9 milyard dollar idi.

11 sentyabrda həyatını itirənlərin 2871 yaxınına təzminat ödənildi. 750 milyard dollardan 2,9 milyard dollar çıxdıqda yerdə 747,1 milyard dollar qalırdı. Beləliklə, bu pul təzminat üçün deyildi, ABŞ xəzinəsinə qaldı.

Cahan.info Türkiyə KİV-nə istinadən yazır ki, ABŞ vəliəhd-şahzadə Salmanı təsirsiz və səlahiyyətsiz hala gətirmək üçün Camal Xaşuqci hadisəsini təşkil edib.

Son dərəcə təcrübəsiz olan vəliəhd-şahzadə Salmana təminat verərək, bu hadisəni təşkil edən ABŞ hazırda əlini “Saudi Aramko”nun neft kranına qoymuş durumdadır. Ancaq tam səlahiyyət almaq üçün bir neçə əməliyyat da lazımdır.

Camal Xaşuqci hadisəsindən sonra ABŞ Xarici işlər naziri Pompeo Ərəbistana getdi. Ardınca ABŞ Maliyyə naziri Mnuçin də Ərəbistana keçdi. Trilyon dollarlıq anlaşmaların imzalanması üçün addımlar çox sürətlə atıldı.

Xaşuqci bu qədər dəyərli olduğunu bilirdimi? Düşünmürəm. Çünki 1 oktyabr günü Xaşuqcini dünyada tanıyanların sayı, bəlkə də, 10 min idi, bu gün isə onu bir neçə milyard insan tanıyır.

Xaşuqci əməliyyatında da 11 sentyabr hücumlarında olduğu kimi 17-18 şəxsin Səudiyyə Ərəbistanı vətəndaşı olması bu ssenarinin nə qədər bənzərliklə işlənib hazırlandığını sübut edir.

Şahzadə Türki bin Bəndər, Səud bin Saif əl-Nəsr və Xalid bin Farhan kimi 20-yə yaxın şəxs Paris kimi şəhərlərdən qaçırılıb. Xaşuqci də bu formada qaçırıla bilərdi.

Ancaq belə olsaydı, vəliəhd-şahzadə Salman çətin vəziyyətə düşməzdi. Ona görə də tarixin ən rüsvayçı əməliyyatı keçirildi və indi bunun qarşılığında ABŞ xəzinəsinə girəcək pulun hesabı aparılır.

Bu arada Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman jurnalist Camal Xaşuqcinin qətli ilə bağlı bu gün ilk dəfə danışıb.

Şahzadə açıqlamasında jurnalistin qətli ilə bağlı çox maraqlı ifadələr səsləndirib.

O, Türkiyə ilə Xaşuqcinin qətliylə bağlı koordinasiyalı şəkildə işlədiklərini deyib. Əlavə edib ki, bəzi qüvvələr bu məsələdən sui-istifadə edərək, Türkiyə ilə Səudiyyə Ərəbistanının münasibətlərini pozmağa çalışırlar:

“Biz jurnalistin qatillərinin cəzalandırılacağını hər kəsə göstərəcəyik. İndi ortalığı qarışdırmaq istəyənlərə səslənirəm: Türkiyə ilə aramızı poza bilməyəcəksiniz, Kral Salman bin Əbdüləzizin, vəliəhdin adını ləkələyə bilməyəcəksiniz. Türkiyədə bir prezident var, o da Ərdoğandır.

Onun adını da ləkələyə bilməyəcəksiniz. Sizin istədiyiniz əsla olmayacaq. İki ölkə arasındakı gözəl əlaqələri hamıya göstərəcəyik. Bütün dünyaya qatillərin cəzalandırılacağını göstərəcəyik”.

Related Articles

050-295-94-79
top