İBRAHİM TATLISƏS GİLEYLƏNDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

İbrahim Tatlısəs reanimasiyada olan Mehmet Ali Erbili ziyarət edib.

Xəstəxanadan çıxarkən müğənni media nümayəndələrinin suallarını cavablandırıb. Tatlısəs 61 yaşlı şoumenlə uzun müddətdir dostluq etdiklərini deyib:

“Allah onu bizə bağışlasın. Mənim üçün gözəl bir insandır. Gözəl xəbərlərini aldıq. Tez bir zamanda ayağa qalxacaq və yanımıza qayıdacaq”.

Sənət aləminin vəfasızlığından danışan İbrahim “Məni bu aləmdən iki adam axtarır: biri Hülya, digəri də Sibel Candır. Sibel Canın səsini də çox sevirəm, insanlığını da. Onlar mənim gerçək dostlarımdır. O birilər isə sevmədiyim tiplərdi. Bu aləm belələri ilə doludur, düyü kimi onları təmizləmək lazımdır. Kiməsə ehtiyacım yoxdur, amma biz belə tərbiyə almadıq. Hamı çox tərbiyəsiz olub” sözlərini deyib.

Related Articles

050-295-94-79
top