“HAQQIMDA ŞAYİƏNİ YAYAN ATEİSTDİR”- HACI SURXAY

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 2
    Shares

Son günlər ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədlinin sosial şəbəkədə paylaşılan süfrə ətrafındakı fotosu geniş müzakirələrə səbəb olub.

AYDINLIQAZ teleqraf.com-a istinadən bildirir ki, sosial şəbəkə istifadəçiləri süfrədəki meyvə şirəsini hansısa səbəbdən spirtli içki kimi təqdim ediblər və Hacı Surxay Məmmədlinin ünvanına xoşagəlməz ifadələr işlədiblər. İlahiyyatçı professor bu hadisəni yanlış təqdim edənlərə cavab vermək məcburiyyətindəq alıb.

O, bildirib ki, ailəvi dostunun evində qonaq olarkən, meyvə şirəsindən istifadə edib: “Mən 7 yaşından Quran oxuyram. Ömrümdə bir gün də olsun ki, içki məclisində oturmamışam. Kim mənim haqqıma girirsə, mən haqqımı halal etmirəm. Bu yalan şayiəni yayanın səhifəsinə baxdım, ateistdir. Mənim adımdan yalan paylaşım etməklə özün tanıtmaq istəyir. Özü mey əhli olduğu üçün hər gordüyü şüşəni şərab bilir. Bu təxribat xarakterli başlıqlara inanmayın. Yalan, yalan yalandır. Bunu mən möminlər üçün yazıram ki, sui-zən olmasınlar”.

Related Articles

050-295-94-79
top