YASAMAL RAYON İCRA HAKİMİYYƏTİ NOVELLA CƏFƏROVANIN “KLADOVKA”SINA GÖZ DİKİB

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Yasamal rayonu Əhməd Əsədov küçəsi 3/8 ünvanında yerləşən, “Novella xanımın yaşadığı bina” kimi məşhur olan, 9 mərtəbəli binanın sakinləri binada guya təmir işləri aparan Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşlarına qarşı etiraz aksiyası keçiriblər.

Sakinlər AnTv-yə bildiriblər ki, sovet dönəmində tikilən bu bina həm zəlzələyə davamlıdır, həm də yaşayış üçün münasibdir. Lakin icra hakimiyyətinin əməkdaşları təmir adı altında yaşayış binasının bloklarındakı döşəmədən sürüşməyən kafelləri söküb əvəzində hamam otağının divarları üçün nəzərdə tutulan kafellərlə əvəzləyiblər ki, bu sakinlərin haqlı narazılığına səbəb olub.

Sakinlər bildirirlər ki, əsasən yaşlılar bloka girmək üçün başqalarının köməyindən istifadə etməli olurlar. Təzələndiyindən az müddət keçməsinə baxmayaraq, buradan keçərkən sürüşüb yıxılan, xəsarət alan sakinlər narazılıq edirlər.

Narazı sakinlərin sözlərinə görə, binanın altında balacasından böyüyünədək tikilən obyektlər, eləcə də restoran və kafelərin heç birinin sənədi yoxdur. Lakin buna baxmayaraq, Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşları təmir adı altında bloklarda pillələrarasi zibilxana olan yeri el arasında “kladovka” kimi adlandırılan kiçik şkaf ediblər.

Qeyd edək ki, hüquq müdafiəçisi Novella Cəfərovanın da eni-uzunu 1 metr olan pillələrarası “kladovka”sı Yasamal rayonu İcra Hakimiyyətinin əməkdaşlarının gözünə binanın altında qazanc gətirən qanunsuz, sənədsiz tikilən obyektlərdən “böyük” görünüb.

Bilənlər bilir ki, Novella Cəfərovanın mənzili çox kiçikdir, əşyalara yer olmadığından məcbur olub, digər sakinlər kimi o da pillələrarası “kladovka” düzəltdirib. Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşları isə sanki, zəbt edilib, şadlıq evləri və hündürmərtəbəli evlərin tikilməsi üçün “dobro” verdikləri uşaq meydançalarını geri qaytarıb təmir etmək məqsədilə söküntü işlərinə başlayıblar. Novella Cəfərova AnTv-yə açıqlamasında bildirib ki, yaşadıqları ərazinin MİK-nun müdiri isə sadəcə, özlərinin “dobro” verdikləri obyektləri qoruyurlar.

Yəqin ki, ANTV-nin bu reportajından sonra Yasamal rayon İcra Hakimiyyəti və əlaqədar təşkilatlar sakinlərin haqlı narazılıqlarına münasibət bildirəcəklər.

Xalqxeber.az

Related Articles

050-295-94-79
top