XANHÜSEYN KAZIMLI EHTİYAT EDİR- -BİR ÇAĞIRIŞ DA SEÇİLƏ BİLSƏYDİM…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bir neçə çağırış Milli Məclisə deputat seçilən Xanhüseyn Kazımlı növbəti parlament seçkiləri ilə bağlı o qədər də nikbin deyil. Onun yaxın çevrəsilə fikir mübadiləsi zamanı bu barədə məyusluqla danışdığı bildirilir.Deyilənə görə,o növbədənkənar və ya 2020-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyinin dəstəklənməyəcəyindən ehtiyat edir.
Faktinfo.az bildirir ki, növbədənkənar parlament seçkiləri keçirilməsə belə,uzağı 2020-ci ildə Milli Məclisin hazırkı tərkibinin 70 faizi ilə vidalaşılacağı gözləniləndir .Çünki,MM-də müzakirə olunan məsələlərə normal münasibət bildirməyən,iqtisadi-siyasi əsaslandırması olmayan,müasir çağırışlara cavab verməyən çox sayda deputat var ki,onlar son 3 ildə müzakirəyə çıxarılan qanunlara 3 cümlə ilə belə əlavə və təkliflərini bildirməyiblər.Hətta seçiciləri ilə bircə dəfə görüşməyən deputatlarda az deyil.

Elə götürək ,millət vəkili,professor Xanhüseyn Kazımlını. 66 Saylı Biləsuvar seçki dairəsindən təkrar-təkrar deputat seçilən Xanhüseyn Kazımlı bir daha sözügedən dairədən mandat almaq arzusunda olsa da , seçiciləri ilə görüşməkdən ehtiyat edir. Buna səbəb 2010 və 2015-ci illərdə seçicilərinə bir çox vədlər verib ,sonradan Biləsuvara 8 ildə 8 dəfə getməməsi, seçiciləri tərəfindən ona olunan müraciətlərin qismən də olsa, həllinə nail olmamasıdır. Ona görə, Xanhüseyn Kazımlı 2015-ci ildə də Biləsuvara gedib seçiciləri ilə görüşməyə çəkindi.Əks təqdirdə ona ünvanlanacaq yağış kimi sualların doğuracağı narazılıqlar mətbuatın gündəmini zəbt edib, kütləviləşərdi ki,bu da Xanhüseyn Kazımlıya sərf etməzdi.Hər şeyi düşünən X.Kazımlı müəyyən mənada o zaman hiyləgər davrandı. Çünki sözügedən dairənin deputatı həm də ona görə qorxurdu ki, seçicilər onu rayondan qovar, bu da o vaxtkı dönəmdə Xanhüseyn Kazımlı ilə bağlı yuxarı dairələrdə qiymətləndirməni gündəmə gətirərdi. Bu halda o, namizədliyini ya geri götürər, ya da seçkidə axıra kimi iştirak edib deputat seçilməzdi.Həmin təqdirdə onu Azərbaycan İqtisad Universitetinin rektoru Ədalət Muradov da kafedra müdirliyindən çıxarardı. Çünki yaşı 80-ni haqlayan bir şəxsə İqtisad Universitetinin rəhbərliyində artıq yer yoxdu. Onun kafedra müdiri qalıb işləməsini şərtləndirən başlıca səbəb mandatlı olmasıdır ki , bunu da əldən vermək sərf etməzdi.

Məlumat üçün onu da bildirək ki, Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun sədridir. Heç kimə sirr deyil ki, ev almaq üçün ipotekanın verilməsində kifayət qədər narazılıq yaradan səbəblər kütləvi şəkildə respublikanın bütün vətəndaşlarına sirayət edib və ipotekanın verilməsində “şapka” lı yanaşma evsiz gənc ailələri narazı salıb.

 

Related Articles

050-295-94-79
top